DİN – İnterpolun “qırmızı xətti” ilə axtarılan Türkiyə vətəndaşı Batumidə saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin əməkdaşları İnterpol tərəfindən “qırmızı xətt”lə beynəlxalq axtarışa verilmiş, əvvəllər məhkum olunmuş Türkiyə vətəndaşını saxlayıblar.

1988-ci il təvəllüdlü İ.E. Türkiyə Respublikasında qəsdən adam öldürmə və qanunsuz silah əldəetmə, saxlama və gəzdirmə ittihamı ilə axtarışda olub.

İstintaq müəyyən edib ki, şübhəli şəxs barəsində beynəlxalq axtarış qərarı verilməzdən əvvəl Gürcüstan sərhədini keçib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun gizləndiyi yer müəyyən edilib və o, saxlanılıb.

Hazırda saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun olaraq ekstradisiya öncəsi prosedurlar həyata keçirilir.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google