Azərbaycan və Ukrayna liderləri Rusiyanın SOCAR-ın neft anbarına
avqustun 8-dəki hücumunu məqsədli hesab ediblər.
Bu hücum Vaşinqtonda üçtərəfli görüş getdiyi müddətdə baş verib.
Azərbaycan və Ukrayna prezidentləri bəyan edib ki, bu hücumların
iki ölkənin energetika sahəsində əməkdaşlığını dayandırmayacaq.
Prezident İlham Əliyev hadisədən üç gün sonra özünün ehtiyat
fondundan Ukraynaya 2 milyon dollar dəyərində humanitar yardım
göndərib.
"Şərq-Qərb"
Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu düşünür
ki, Rusiya ilə Azərbaycan arasında geniş enerji əməkdaşlığı
olduğundan, - iddialara görə, Azərbaycan sanksiya altında olan
Rusiya enerjisini Avropa bazarlarına çıxarır, - elə addımlar
Ukraynaya humanitar dəstəkdən o tərəfə gedən deyil:
"Addım atmaq üçün imkanlar məhduddur. İkincisi,
Rusiyanın enerjidaşıyıcılarını həqiqətən də Azərbaycan öz məhsulu
adı altında satırsa, ondan imtina etməklə yalnız maliyyə itkilərinə
yol vermiş olur, təkcə Rusiyaya ziyan vurmur. Başqa bir tərəfdən
də, hansısa hərbi-siyasi addımlar atmağa da, düşünmürəm ki,
Azərbaycanın, birincisi, istəyi olacaq, ikincisi, yetərincə
resursları var. Ona görə heç bir addım atılmayacaq. Ukraynaya
humanitar yardım, hansısa Ukraynanın xeyrinə bəyanatlar- bu tipli
addımlar olacaq, ancaq bundan o tərəfə
getməyəcək".
"Rusiyanın bizdən başqa
dostu yoxdur"
Parlamentdə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə
komitəsinin üzvü Aqil Abbas deyir ki, Rusiyanın məqsədi Azərbaycana
yox, Ukraynaya ziyan vurmaqdır:
"O yalnız Azərbaycanın
qaz kəmərini vurmur. Ukraynaya gələn – istəyir Amerikadan gəlsin,
istəyir Banqladeşdən- Ukraynada enerji böhranı yaratmaq üçün
enerjini vururdu, qazı vururdu. Bu sırf Azərbaycanla bağlı deyil,
Ukrayna ilə bağlıdır. İki gündən sonra düzəldi, bizə nə ziyan dəyib
ki? Həmin qaz kəməri düzəldi və yenə qaz getdi. Qaldı ki, Rusiya
ilə münasibətlərə, bir az soyuyub. Yəqin ki, Rusiya ağıllanacaq,
çünki Rusiyanın bizdən başqa dostu yoxdur bu
dəqiqə".
"Azərbaycan ölçülü
addımlar atmağa meylli olacaq"
Rusiyanın təhlükəsizlik və xarici siyasətini təhlil edən
araşdırmaçı, Avropa Kollecinin baş elmi işçisi Nurlan Əliyev deyir
ki, tarixən Rusiya rəqib hesab etdiyi dövlətlərin iqtisadi
maraqlarına ziyan vuran addımlar atıb. Son zamanlar Rusiya ilə
Azərbaycanın münasibətlərinin gərgin olmasını da nəzərə alanda bu
hadisəni iqtisadi maraqlarla yanaşı, Azərbaycan-Ukrayna
münasibətlərini hədəf almaq kimi dəyərləndirmək olaq. Azərbaycan
hökumətinin addımlarına gəlincə, araşdırmaçı hesab edir ki,
Rusiyanı daha da qıcıqlandırmamaq üçün Azərbaycan ölçülü addımlar
atmağa meylli olacaq:
"Məsələn, vurulan təyyarə ilə
bağlı (AZAL-ın qəza enişi edən təyyarəsi) beynəlxalq məhkəməyə
müraciət etmək məsələsini daha da qabardacaq. Eyni zamanda,
Azərbaycan çalışacaq ki, Avropa İttifaqı ilə də münasibətləri
inkişaf etdirsin. Birləşmiş Ştatlarla onsuz da bunu edir... Əgər
Rusiya ilə münasibətlər belə vəziyyətdədirsə, Rusiyadan təhlükə ola
bilər, artıq biz bunu görürük. Ona görə də artıq Azərbaycan bunu
etməlidir".
Bundan əvvəl Ukraynanın Jitomir vilayətinin Berezina kəndində
partlayışlar nəticəsində Azərbaycanın "SOCAR Energy Ukraine"
şirkətinə məxsus iki yanacaqdoldurma məntəqəsi ciddi zərər
görmüşdü. Azərbaycanla Rusiya münasibətlərində ötən ilin dekabrında
AZAL təyyarəsi qəza enişi edəndən sonra gərginlik başlayıb və bir
ara səngisə də, iyunun sonunda Rusiyanın Yekaterinburq şəhərində
azərbaycanlılara qarşı zorakılıqdan sonra Azərbaycan hökumətinin
Rusiya ilə gərginliyi qarşılıqlı notalar, diplomatik səfərlərin
ləğvi səviyyəsinə qalxıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415