122 günlük qubernatorluqdan sonra Levan Xarabadze DTX-də rəhbər vəzifəyə gətirildi
Levan Xarabadze Kvemo Kartli qubernatoru vəzifəsində 122 gün çalışdıqdan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər müavini təyin edilib. Hazırda Kvemo Kartlinin yeni qubernatorunun kim olacağı məlum deyil.

Levan Xarabadze 2025-ci il mayın 6-da “Gürcü Arzusu” partiyasının baş naziri İrakli Kobaxidze tərəfindən Kvemo Kartlinin qubernatoru vəzifəsinə təyin olunmuşdu. O, qubernator olduğu müddətdə Marneuliyə də səfər etmişdi.

Qızılhacılı kəndində Bələdiyyə Məclisinin üzvü ilə bir vətəndaş arasında qarşıdurma baş verəndən sonra majoritar deputat Ceyhun Çoydarov vətəndaşın üzərinə çay tökmüşdü. Hadisədən sonra Kvemo Kartli qubernatoru Levan Xarabadze kənd sakinləri ilə görüşə gəlmişdi. O, görüşdə əvvəlcə gürcü dilində danışmış, tərcüməçinin fikirləri dəqiq tərcümə edə bilmədiyini görəndə isə söhbətinə rus dilində davam etmişdi.

Marneuli meriyasının və Bələdiyyə
Məclisinin rəsmi səhifələri də sosial şəbəkələrdə Levan Xarabadzenin Marneuliyə səfərini əks etdirən foto və videolar paylaşmışdı. Paylaşılan məlumatlara görə, keçmiş qubernator əsasən davam edən və başa çatmış infrastruktur layihələrinə baxış keçirmişdi.

“Gürcü Arzusu” fraksiyası sentyabrın 3-də Parlamentdə 85 səslə Mamuka Mdinaradzeni Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri seçib. Sentyabrın 4-də isə onun müavinlərinin adları, o cümlədən Kvemo Kartlinin keçmiş qubernatorunun adı rəsmən açıqlanıb.

Ədliyyə nazirinin birinci müavini Laşa Mağradze Mamuka Mdinaradzenin birinci müavini vəzifəsinə təyin olunub. Ədliyyə nazirinin müavini Aleksandre Maisuradze, Kvemo Kartlinin keçmiş qubernatoru Levan Xarabadze və Dövlət Təhlükəsizliyi Departamentinin direktoru Tamaz Boraşvili isə Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbər müavinləri olublar.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google