Kaxetidə psixotrop dərman reseptləri satdığına görə klinika direktoru saxlanılıb
Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, Kaxetidə kommersiya rüşvəti və psixotrop maddələrin alınması üçün reseptlərin hazırlanıb satılması faktına görə bir klinikanın direktoru saxlanılıb.

İstintaq orqanının açıqlamasında qeyd olunur ki, saxlanılan şəxs Kaxeti bölgəsində fəaliyyət göstərən özəl “Psixo-diaqnostika və psixo-korreksiya mərkəzi”nin direktoru olub. O, maddi gəlir əldə etmək məqsədilə, qanunsuz olaraq, heç bir tibbi müayinəsiz, pul müqabilində psixotrop
dərman vasitələrinin alınması üçün nəzərdə tutulan reseptləri mütəmadi olaraq satıb.

Məlumata görə, direktor məhz resept satışı zamanı yaxalanıb.

Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 221-ci maddəsinin 3-cü bəndi və 268-ci maddəsinin 2-ci hissəsi ilə aparılır. Bu maddələr üç ildən altı ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Mənbə: Tabula


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print Email
FaceBook Twitter Google