"Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat
katibinin Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının
Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsi səbəbi kimi təqdim
etməsi və onların azadlığa buraxılmasının münasibətlərin
yaxşılaşması üçün şərt kimi irəli sürməsi yanlışdır".
Bu fikir Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sentyabrın 5-də
yayılan açıqlamasında yer alır.
XİN vurğulayır ki, Azərbaycan-Rusiya münasibətlərinin
gərginləşməsinə məhz AZAL təyyarəsinin vurulması nəticəsində
qəzaya
uğraması və bundan sonra Rusiya rəsmiləri tərəfindən göstərilən
davranışın səbəb olduğu məlumdur:
"Bununla yanaşı,
Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması,
Yekaterinburq şəhərində azərbaycanlıların döyülərək qətlə
yetirilməsi münasibətlərdə əlavə gərginlik yaradıb... Rusiyanın
müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti
münasibətlərə mənfi təsir edən amillər
sırasındadır".
4 sentyabr
Rusiya Bakıda həbs olunmuş vətəndaşlarına azadlıq
istəyir
Bakıda həbs olunmuş Rusiya vətəndaşlarının azadlığa buraxılması
ikitərəfli münasibətlərin normallaşması yönündə mühüm addım olacaq.
Bunu Rusiya XİN-in təmsilçisi Mariya Zaxarova deyib.
"Rusiya vətəndaşlarının azad olunmasının
Rusiya-Azərbaycan münasibətlərinin normallaşması yolunda mühüm
addım olduğunu vurğulayırıq", – M.Zaxarova Şərq
İqtisadi Forumu (ŞİF) çərçivəsində keçirilən brifinqdə
bildirib.
O, Rusiya XİN-in hüquq-mühafizə orqanları və həbs olunanların
yaxınları ilə daimi təmasda olduğunu qeyd edib.
"Bəzi vətəndaşlarımızın müraciəti əsasında vəkillərin
fəaliyyətinin maliyyələşdirilməsinə yardım göstəririk. Konsulluq
əməkdaşları Bakıdakı istintaq təcridxanasında Rusiya vətəndaşlarını
üç dəfə ziyarət edib", – M.Zaxarova bildirib.
Son aylar Azərbaycanla Rusiya arasında siyasi əlaqələr pisləşib.
İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində
hüquq-mühafizə orqanları etnik azərbaycanlılara qarşı əməliyyat
keçirib, bu zaman iki şəxs həlak olub, 10-a yaxın şəxs də saxlanıb.
Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən
cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma ardınca da müxtəlif
şəhərlərdə Azərbaycan diasporunun təmsilçiləri həbs olunmağa
başlayıb və bu prosesin hələ də davam etdiyi vurğulanır.
Azərbaycanda isə narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları
saxlanıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər
nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.
Sentyabrın 3-də Azərbaycan və Rusiya liderləri Pekində əl sıxıb,
salamlaşıblar. Bundan sonra Rusiya prezidenti Vladimir Putin
əlaqələrdə problemlərin olduğunu deyib, amma "əsaslıq
münasibətlərin və onları inkişaf etdirməyə qarşılıqlı marağın hər
şeyi yerinə qoyacağını" əlavə edib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.