Rusiya prezidenti Vladimir Putin Ukraynada Qərb ölkələrindən
hərbçilərin yerləşdirilməsi ehtimalını yenidən rədd edib.
O, Vladivostokda Şərq İqtisadi Forumunda deyib ki, avropalı
hərbçilər Ukraynada müharibə vaxtı peyda olarlarsa, Rusiya onları
qanuni hərbi hədəf sayacaq. Putinin sözlərinə görə, sülhə nail
olunandan sonra Ukraynada Qərb hərbçiləri yerləşdirməyə ehtiyac
olmayacaq.
Putin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşlə bağlı
mövqeyini təkrarlayıb. O,
belə bir görüşdə məna görmədiyini, amma
Zelenski Moskvaya gedərsə, onunla görüşməyə hazır olduğunu
söyləyib. Putin deyib ki, Zelenskiyə "yüz faizli" təhlükəsizlik
qarantiyası veriləcək.
Bundan öncə Kremlin mətbuat katibi Dmitri Peskov demişdi ki,
Zelenskini Moskvaya təslim olmağa deyil, danışmağa çağırırlar.
Ukrayna prezidenti isə Moskvaya getmək təklifini rədd edərək deyib
ki, bir sıra neytral ölkələr danışıqlar təşkil etməyi təklif
ediblər.
4 sentyabr
Tramp Rusiya neftinə görə Avropaya təzyiq edir
ABŞ prezidenti Donald Tramp Kiyevin Avropadan əsas tərəfdarlarına
qarşı sərt mövqe tutub onları Rusiyaya və onun əsas müttəfiqi Çinə
daha çox maliyyə təzyiqi göstərməyə, Kremli Ukraynadakı müharibəni
dayandırmağa məcbur etməyə çağırıb. Bunu Ağ evin rəsmisi
bildirib.
Rəsminin dediyinə görə, Avropa liderləri sentyabrın 4-də Parisdə
görüşəndən sonra Trampı telefonla "İstəklilər koalisiya" görüşünə
qoşublar.
"Prezident Tramp vurğulayıb ki, Avropa Rusiyadan neft
alışını dayandırmalıdır, çünki bu satışlar müharibəni
maliyyələşdirir. Rusiya Avropa İttifaqına bir il ərzində yanacaq
satışından 1.1 milyard avro gəlir əldə edib", –
"Reuters" Ağ ev rəsmisinə istinadla yazır.
Rəsminin sözlərinə görə, Tramp telefon söhbətində onu da deyib ki,
"Avropa liderləri Çinə də Rusiya müharibəsini maliyyələşdirməsi ilə
bağlı iqtisadi təzyiq göstərməlidirlər".
Paris görüşündən sonra Tramp Avropa liderləri ilə danışıb, amma o,
bu görüş haqda şərh verməyib. Prezident yaxın gələcəkdə Rusiya
prezidenti Vladimir Putinlə danışıb-danışmayacağı haqda
jurnalistlərin sualına cavabında
"Bəli,
danışacağam" deyib.
Rusiya 2022-ci ildə Ukraynanı işğal etməyə başlayandan Avropa
Rusiya enerjisindən asılılığını azaltmağa çalışır. Avropa
Komissiyası 2028-ci il yanvarın 1-dək Rusiyadan neft və qaz
idxalını mərhələli şəkildə dayandırmaq niyyətiylə qanunvericilik
təklif edib.
Kremlə yaxın millətçi liderlərin idarə etdiyi Macarıstan və
Slovakiya isə Rusiyada enerji idxalını davam etdirir.
Avropa Ukraynaya qoşun göndərəcəyini deyir
Fransa prezidenti Emmanuel Makron 26 ölkənin Ukraynaya postmüharibə
dövründə təhlükəsizlik qarantiyaları verməyə razılaşdığını
söyləyib. O, Britaniyanın baş naziri Kir Starmerlə birlikdə
"İstəklilər koalisiyası"na liderlik edir. ABŞ-nin bu plana dəstəyi
də yaxın günlərdə müəyyənləşəcək, - Makron əlavə edib. Onun
sözlərinə görə, 26 ölkə Ukraynaya qoşun göndərmək öhdəliyi götürüb.
Qüvvələr cəbhə xəttinə yerləşdirilməyəcək, məkanlar hələ
müəyyənləşməlidir.
Rusiya daha öncə Ukraynada Avropa qüvvələri ideyasını rədd edib.
Kremlin sözçüsü Dmitri Peskov da sentyabrın 5-də bu fikri
vurğulayıb.
"Ukraynanın təhlükəsizlik qarantiyaları xarici,
xüsusilə də Avropa və Amerika hərbi kontingentləri tərəfindən təmin
edilə bilərmi? Qətiyyən yox, bu, mümkün deyil. Bu... ölkəmiz üçün
qəbuledilməz olardı", – o, Rusiya dövlət mediasına
bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski Makronla birgə mətbuat
konfransında ABŞ-nin onun ölkəsi üçün postmüharibə qarantiyalarında
iştirakının vacibliyini vurğulayıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.