Marneuli Bələdiyyə Məclisinə düşmək uğrunda “Bizim Vahid Gürcüstan” partiyasının proporsional siyahısı ilə kimlər mübarizə aparır?
Yerli özünüidarə seçkilərində Marneuli Bələdiyyə Məclisinə proporsional siyahılarla daxil olmaq üçün 7 siyasi partiya mübarizə aparacaq. Mərkəzi Seçki Komissiyasının (MSK) veb-səhifəsində yayımlanan məlumata əsasən, aşağıdakı partiyalar Marneuli bələdiyyəsinə proporsional siyahı təqdim ediblər:
  1. “Gürcüstan üçün Mühafizəkarlar”
  2. “Bizim Vahid Gürcüstan”
  3. “Gürcüstan Vətənpərvərlər Alyansı”
  4. “Güclü Gürcüstan – Lelo”
  5. “Xalq Hakimiyyəti”
  6. “Qaxariya – Gürcüstan üçün”
  7. “Gürcü Arzusu”
“Bizim Vahid Gürcüstan” partiyası Marneuli Bələdiyyə Məclisi üçün 8 nəfərlik
proporsional siyahı təqdim edib. Namizədlərin hamısı kişilərdir. Siyahının birinci sırasında Aqşin Məhərrəmov yer alır.
Siyahı belədir:
  1. Aqşin Məhərrəmov
  2. Saleh Tağıyev
  3. Şamil Şamilov
  4. Elnur Rzaquliyev
  5. Sanan Fərəcov
  6. Roman Fərəcov
  7. Orxan Nasibov
  8. Şərif Şamilov
Müxalif partiyaların bir qismi 4 oktyabr 2025-ci ildə keçiriləcək yerli özünüidarəetmə seçkilərini boykot edir və seçkilərdə iştirak etməyəcək.

Bu seçkilərdə 64 bələdiyyə və özünüidarə şəhərdə mer seçiləcək. MSK-nın məlumatına əsasən, 25 bələdiyyədə yalnız “Gürcü Arzusu” partiyasının bir namizədi qeydə alınıb.

Marneulidə merliyə namizəd göstərən partiyalar və şəxslər:
  • Əli Bədirov – "Bizim Vahid Gürcüstan"
  • Əsəd Əliyev – "Güclü Gürcüstan"
  • Daur İsmayılov – "Gürcü Arzusu"

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google