ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloqun müavini Con Koul
Minskə gəlib və orada Belarus lideri Aleksandr Lukaşenko ilə
görüşüb.
Eyni zamanda məlum olub ki, Belarusda 52 siyasi məhbus azad edilib.
Onların Litvaya gəldiyi bildirilir.
Azad olunanlar arasında AzadlıqRadiosu Belarus xidmətinin siyasi
ittihamlarla 5 ildən çox həbsdə yatan jurnalisti İqar Losik də var.
"İqar üçün beş ildən çox davam edən bu əzablı və
tamamilə ədalətsiz sınaqlar dövrü, nəhayət, başa
çatdı", - Azad Avropa/Azadlıq Radiolarının prezidenti
Stiven Kapus deyib.
Losik 2020-ci ilin iyununda həbs olunub, 2021-ci ilin dekabrında
"kütləvi iğtişaşların təşkili" və "ictimai nifrəti qızışdırmaq"
ittihamları ilə 15 il iş kəsilib. Jurnalist təqsirsiz olduğunu
bildirir və ittihamların siyasi motivli olduğunu deyirdi.
"Belarus-Amerika dialoqunun yeni mərhələsi"
Lukaşenkonun mətbuat xidməti Con Koul ilə görüşü "Belarus-Amerika
dialoqunun yeni mərhələsi" adlandırıb.
Görüşdə ABŞ nümayəndəsi deyib ki, Vaşinqton Trampın göstərişi ilə
Belarusun "Belavia" aviaşirkətinə qarşı sanksiyaları ləğv edib.
Onun sözlərinə görə, bu qərar rəsmən elan edilməsə də, artıq
qüvvəyə minib. "Belavia"ya sanksiyalar 2023-cü ildə tətbiq
olunub.
Görüş barədə məlumatdan az sonra Litva prezidenti Qitanas Nauseda
ölkəyə 52 nəfərin – Belarus həbsxanalarından azad olunan siyasi
məhbusların gəldiyini xəbər verib. Onların arasında altı Litva
vətəndaşı da var.
Lukaşenkonun mətbuat xidmətindən bildiriblər ki, o, Litva, Latviya,
Polşa, Almaniya, Fransa və Böyük Britaniya vətəndaşları da daxil 14
xarici vətəndaşı əfv edib. Azadlığa buraxılanların adları, hələlik,
rəsmən açıqlanmayıb.
Trampdan Lukaşenkoya məktub var
Con Koul ABŞ prezidentinin məktubunu oxuyaraq Lukaşenkoya verib.
Orada prezident Belarus liderini doğum günü münasibətilə təbrik
edir, həmçinin belaruslu tennisçi Aryna Sobolenkonun yaxınlarda ABŞ
Açıq çempionatında qələbəsini vurğulayır. C.Koul Birləşmiş
Ştatların Belarusdakı səfirliyinin işinin bərpa olunacağını da
istisna etməyib.
C.Koul bu il Minskə ikinci dəfədir gəlir. Lukaşenko ilə ilk
görüşündən sonra bir neçə siyasi məhbus azad edilib.
İyunda Minski ABŞ prezidentinin xüsusi nümayəndəsi Kit Kelloq
ziyarət edib, ardınca Belarus hakimiyyəti müxalifət liderlərindən
biri Sergey Tixanovski də daxil 14 nəfəri həbsxanadan buraxıb.
Bundan qısa müddət sonra, avqustun ortalarında Tramp əvvəlki ABŞ
administrasiyasının legitim prezident saymadığı Lukaşenko ilə
telefonla danışıb. "Truth" sosial şəbəkəsində Tramp Lukaşenko ilə
"gözəl" söhbət etdiyini yazırdı. Trampın sözlərinə görə, söhbət
zamanı o, 1300 belaruslu siyasi məhbusun buraxılması məsələsini
müzakirə edib.
Trampın elçisinin Lukaşenko ilə budəfəki görüşü "Zapad-2025"
Rusiya-Belarus hərbi təlimlərinə hazırlıq fonunda baş tutub.
Təlimlər ərəfəsində Belarusla həmsərhəd ölkələr gücləndirilmiş
təhlükəsizlik tədbirləri görür. Polşa sentyabrın 12-dən Belarusla
sərhədini müvəqqəti bağlayır. Polşa və Latviya da Rusiya
dronlarının hücumundan sonra Belarus sərhədinə bitişik hava
məkanının bir hissəsini qapadıb.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.