Avqust ayında Gürcüstana 321.55 mln dollar köçürülüb – top-10 ölkə
2025-ci ilin avqustunda ölkəyə daxil olan pul köçürmələrinin həcmi 321.55 mln ABŞ dolları (868.7 mln lari) təşkil edib ki, bu da 2024-cü ilin avqustu ilə müqayisədə 10.7% (31.0 mln ABŞ dolları) çoxdur. Bu barədə Gürcüstan Milli Bankının statistik məlumatlarında qeyd olunur.

Həmin statistikaya görə, xaricdən Gürcüstana daxil olan pul köçürmələrinin 96.5%-i 25 əsas tərəfdaş ölkənin
payına düşür. Avqust ayında həmin ölkələrin hər birindən köçürmələrin həcmi 1 mln ABŞ dollarını ötüb. Ötən ilin avqustunda da ümumi köçürmələrin 96.5%-i həmin 25 ölkənin payına düşmüşdü.

Ən çox pul köçürülən top-10 ölkə:
  • ABŞ – 59.3 mln dollar (illik artım – 16.81%)
  • İtaliya – 53.36 mln dollar (illik artım – 8.27%)
  • Rusiya – 41.32 mln dollar (illik azalma – 2.89%)
  • Almaniya – 29.31 mln dollar (illik artım – 15.49%)
  • Yunanıstan – 25.13 mln dollar (illik artım – 12.44%)
  • İsrail – 22.36 mln dollar (illik artım – 12.73%)
  • Qırğızıstan – 11.18 mln dollar (illik artım – 41.35%)
  • Türkiyə – 9.44 mln dollar (illik artım – 8.85%)
  • İspaniya – 9.22 mln dollar (illik artım – 21.13%)
  • Qazaxıstan – 8.90 mln dollar (illik azalma – 0.54%)
Milli Bankın məlumatına əsasən, 2025-ci ilin avqustunda Gürcüstandan xaricə 35.7 mln ABŞ dolları (96.4 mln lari) göndərilib. Bu isə 2024-cü ilin avqustu (33.1 mln ABŞ dolları) ilə müqayisədə 7.8% çoxdur.

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google