Yanvar–avqust aylarında Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri ilə
18,36 milyon ton neft nəql olunub.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz
azdır.
Məlumatı “Report.az” Azərbaycan Dövlət Statistika Komitəsinə
istinadən yayıb.
Hesabat dövründə Azərbaycanın əsas neft kəmərləri ilə daşınan ümumi
neftin 74,7 faizi məhz BTC vasitəsilə həyata keçirilib.
BTC ilə daşınan neftin 84,3 faizi, yəni 15,47 milyon tonu
Azərbaycanda hasil olunan neft olub. Qalan 15,7 faiz,
yəni 2,89
milyon ton isə Türkmənistan və Qazaxıstan mənşəli neftdir.
Yanvar–avqust aylarında BTC ilə nəql olunan Azərbaycan neftinin
həcmi 2,1 faiz, Türkmənistan və Qazaxıstandan tranzit isə 19,4 faiz
azalıb.
Ümumilikdə, bu ilin ilk səkkiz ayında Azərbaycanın əsas boru
kəmərləri ilə 24,57 milyon ton neft daşınıb ki, bu da 2024-cü ilin
analoji dövrü ilə müqayisədə 4,8 faiz azdır.
Mənbə: BPN
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415