Cənubi Qafqazda strateji vakuum yaranır və Avropa antidemokratik
qüvvələrin bu regionda nüfuzunu möhkəmləndirməsinə mane olmalıdır.
Alman Marşall Fondundan Elene Kintsuraşvili Rusiyanın regiondakı
hegemon rolunun zəiflədiyini, Kremlə etibarın azaldığını yazır.
Müəllifin fikrincə, Ermənistanla Azərbaycan Moskvanın təsirindən
uzaqlaşır, Gürcüstan isə Rusiyanın hibrid təsiri altında
avtoritarizmə sürüklənir. Onilliklərdən bəri ilk dəfədir ki, Qərb
dövlətlərinə regionda təhlükəsizliyə yön verməyə real
imkan
yaranır.
"Amma Moskva, Çin və İran bu boşluğa yenilənmiş
rəqabətlə daxil olur. Avropanın indi necə hərəkət edəcəyi regionun
sabitlik zonasına, yoxsa təsir uğrunda yeni döyüş meydanına
çevriləcəyini müəyyən edəcək", – məqalədə
deyilir.
Rusiyanın hibrid təsir alətləri
Müəllif Rusiyanın regiondakı hibrid təsir alətlərindən – hərbi
iştirakından, konfliktləri manipulyasiya etməsindən, iqtisadi və
mədəni təsirindən söz açır. Moskva 2022-ci ildə Ukraynada
təcavüzkar müharibəyə başlayandan sonra ənənəvi rıçaqlar gücdən
düşməyə başlayıb. Regional oyunçular da seçimlərini yenidən
nəzərdən keçirməyə başlayıblar. Rusiyaya inamı azalan Yerevan ABŞ
və Aİ-yə meyllənir. Bakının Moskva ilə əlaqələri kəskin pisləşib.
Tbilisidə isə Moskva hibrid taktikayla nüfuz dairəsini
möhkəmləndirir, Gürcüstanın belaruslaşması gedir, - müəllif
yazır.
Məqalədə deyilir ki, güc boşluğu Çin kimi qeyri-demokratik gücləri
də cəlb edir və Avropa İttifaqı qətiyyətlə hərəkətə keçməlidir.
Məsələn, blok Azərbaycanı Ermənistandan keçməklə Naxçıvan eksklavı
ilə birləşdirəcək TRIPP marşrutundan yararlanaraq sərmayəni və
ticarəti sabitlik hədəfləri ilə uzlaşdıra bilər.
Xatırlatma
- Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin
Vaşinqtonda imzaladığı bəyannamədə bölgədən TRIPP - "Tramp yolu"nun
çəkilməsi nəzərdə tutulub. Bu marşrutun Ermənistanın suverenliyini,
ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacağı
bildirilir. "Tramp yolu" Azərbaycanın "Zəngəzur dəhlizi" dediyi
marşrutdur. Yerevan "dəhliz" termini qəbul etmir.
- Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə
xüsusi təmsilçisi Maqdalena Qrono sentyabrın əvvəlində Azərbaycan
və Ermənistanda olub, Vaşinqton bəyannaməsini müzakirə ediblər. Aİ
təmsilçisi qurumun nəqliyyat dəhlizinin gerçəkləşdirilməsinə dəstək
verməyə hazır olduğunu deyib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415