Xülasə
- ABŞ prezidenti Donald Tramp NATO ölkələrini Rusiyadan
neft almağı dayandırmağa çağırıb.
- Hazırda NATO-nun üç ölkəsi Rusiyadan xam idxal edir:
Macarıstan, Slovakiya və Türkiyə.
- Türkiyənin emal zavodları xam neftin 90 faizini
Rusiyadan alır və bunu bir gecəyə dəyişmək mümkün
deyil.
- Trampın NATO ölkələrini Çinə 50-100 faizlik tariflər
qoymağa çağırıb.
ABŞ prezidenti Donald Tramp deyib ki, NATO ölkələri Vaşinqtonun
Moskvaya
sanksiyaları sərtləşdirməsini istəyirlərsə, Rusiyadan
nefti almağı dayandırmalıdır. AzadlıqRadiosunun aparıcı müxbiri Rey
Förlonq radionun macar xidməti ilə birlikdə hazırladığı məqalədə
bunu gerçəkləşdirməyə həm vaxt gedəcəyini, həm də çətin bir proses
ola biləcəyini yazır.
Hazırda NATO-nun üç ölkəsi Rusiyadan xam idxal edir: Macarıstan,
Slovakiya və Türkiyə. Ən böyük idxalçı isə Türkiyədir.
Ən böyük idxalçı NATO ölkəsi Türkiyədir
Enerji və Təmiz Hava Araşdırmaları Mərkəzinin (CREA) Vilnüsdə
yaşayan analitiki Petras Kanitas AzadlıqRadiosuna deyib ki,
əllərindəki data Türkiyənin dünyada Rusiya neftinin üçüncü ən böyük
alıcısı olduğunu göstərir.
"Türkiyə Rusiya neftini ciddi endirimdə olduğu üçün
alır. Türkiyə Rusiya xam neftini emal edib yanacaq məhsullarını
Avropaya satmaqdan da qazanır", – o söyləyib.
Tramp Rusiya neftini idxal edən ölkələrə ikinci dərəcəli tariflər
tətbiq etmək ideyasını da irəli sürür. O, Hindistana oxşar tariflər
elan edib.
Tramp sentyabrın 13-də "Truth Social" postunda NATO ölkələrinin
hamısını belə idxalı dayandırmağa çağırıb.
"İndiyədək Trampın hədələri, əsasən, Hindistana,
müəyyən qədər də Çinə yönəlmişdi. Türkiyənin adı çəkilmirdi. Ona
görə də bu, maraqlı gəlişmədir", – Kiyevdə yerləşən
KSE İnstitutunun baş iqtisadçısı Bencamin Hilqenstok deyir.
Məqsəd Rusiya iqtisadiyyatını əsas ixrac mənbələrinin birindən
məhrum etmək, Kremli 2022-ci ildə Ukraynaya qarşı başladığı
genişmiqyaslı müharibəni dayandırmaq üçün ciddi danışıqlara məcbur
etməkdir.
Hilqenstok deyir ki, Türkiyəyə ixracı itirmək Moskvaya böyük
problem yaradar. Amma Türkiyənin emal zavodları xam neftin 90
faizini Rusiyadan alır və bunu bir gecəyə dəyişmək mümkün deyil.
Türkiyə həm də Rusiya neft məhsullarının böyük idxalçısıdır. Bir
məsələ də var ki, Türkiyə Avropa İttifaqının (Aİ) üzvü deyil, yəni
Macarıstan, yaxud Slovakiya qədər təzyiqə məruz qalmır.
İradə məsələsi
Budapeşt və Bratislava isə dəfələrlə bildiriblər ki, "Drujba" boru
kəməri ilə axan Rusiya neftindən asılıdırlar.
Avqustda Ukraynanın hava zərbələri bu kəməri dəfələrlə sıradan
çıxarıb. Onda Macarıstanın xarici işlər naziri Peter Siyarto
deyirdi ki, "Drujba" ilə nəql uzun müddət mümkün olmazsa, o zaman
Macarıstan və Slovakiyaya neft tədarükü də alınmayacaq.
Amma Avropa İttifaqı 2027-ci ilə qədər Rusiyadan enerji idxalını
tamamilə dayandırmağı hədəfləyib. Bu, Aİ-nin daxili bazar qaydaları
ilə gerçəkləşdiriləcək, Macarıstan və ya Slovakiya bu qərara veto
qoya bilməyəcək.
Analitiklərin fikrincə, hər iki ölkə Xorvatiya üzərindən
Trans-Adriatik boru kəməri ilə neft idxal edə bilər.
"Diversifikasiya texniki baxımdan həllolunmaz problem
deyil, daha çox siyasi və iqtisadi iradə
məsələsidir", – bunu "Erste Bank"ın neft və qaz üzrə
analitiki Tomaş Pletser bu ayın əvvəlində AzadlıqRadiosunun macar
xidmətinə deyib.
"Bu, yanacağın qiymətini artıra bilər, amma azad bazar
olduqca çatışmazlıq yaşanmaz", – o əlavə edib.
CREA-dan Kanitas Çexiya Respublikasının bu ilin əvvəlində Rusiya
neft tədarükündən tamamilə imtina etməsini misal çəkir: "Onlar
sözlərinə əməl etdilər".
İkinci dərəcəli tariflər
Trampın NATO ölkələrini Çini Rusiyanın müharibəsinə dəstəyinə görə
cəzalandırmaq üçün bu ölkəyə 50-100 faizlik tariflər qoymağa da
çağırıb.
Tramp indiyədək dəfələrlə yeni ticarət şərtlərini qəbul etməsi üçün
Çinə verdiyi son möhləti uzadıb. Amma Çin heç geri çəkilməyə meyl
göstərməyib.
Respublikaçı senator Lindsi Qrem də Trampın bəyanatını dəstəkləyib.
O, Rusiyanın ticarət tərəfdaşlarına sərt tariflər tətbiq olunması
ilə bağlı qanun layihəsini irəli sürüb.
Amma Avropa artıq Vaşinqtonla yüksək tariflərlə işləyir deyə, Çinlə
ticarəti davam etdirməyə daha çox ehtiyac duyur.
Sentyabrın 15-də Çinin Xarici İşlər Nazirliyi bəyan edib ki, NATO
ölkələri Çinə tariflər tətbiq edərsə, sərt cavab tədbirləri
görüləcək.
Hazırda Avropa liderlərindən heç biri tarifi artırmaqdan
danışmayıb. Rusiya neftinin idxalının azaldılması yönündə də elə
bir addım atılmayıb.
Hilqenstok deyir ki, belə bir addımın atılması üçün Tramp
Macarıstan, Slovakiya və Türkiyə liderləri ilə şəxsən danışmalıdır:
"Bu, Trampın dostları – Viktor Orban, Robert Fitso və
Rəcəb Tayyib Ərdoğanla şəxsən aparmalı olduğu bir
söhbətdir".
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.