Rusiyanın işğalı altında olan Qali rayonunda saxlanılan Gürcüstan vətəndaşı casusluqda ittiham olunur

Rusiyanın işğalı altında olan Abxaziyanın qondarma “Dövlət Təhlükəsizlik Xidməti” Gürcüstan vətəndaşı Şalva Xizanişvilini saxlayıb.


Qurumun məlumatına görə, o, “Gürcüstanın xeyrinə casusluqda” şübhəli bilinir.

Abxaziyanın qondarma təhlükəsizlik xidmətinin bildirdiyinə əsasən, Xizanişvili oktyabrın 1-də Qali rayonunun Şaşikvara kəndində saxlanılıb. Onların iddiasına görə, onun evindən döyüş sursatı ilə birlikdə tüfəng, hərbi bel çantası, ərzaq, gürcü sənədləri, nağd pul və bank
kartları aşkarlanıb. Evin yaxınlığında isə partlayıcı maddə olan bir bağlama tapıldığı bildirilir.

Suxum tərəfi iddia edir ki, Şalva Xizanişvili “Gürcü xüsusi xidmət orqanları ilə əlaqələrini etiraf edib” və onun telefonunda “Ukrayna mobil operatorunun abunəçisi, Gürcüstan xüsusi xidmət orqanlarının əməkdaşı Taryel Pifiya ilə yazışmalar” aşkar olunub. Qondarma xidmətin bəyanatına görə, Xizanişvili Abxaziyada yerləşən bir rus sərhəd postunun videosunu çəkib və bunun müqabilində pul mükafatı alıb, daha sonra isə ona partlayıcı qurğu verilib.
Bu məlumatların heç biri etibarlı mənbələrlə təsdiqlənməyib.

İşğal altındakı Abxaziyada Xizanişvili barəsində “casusluq” və “qanunsuz silah saxlama” maddələri ilə cinayət işi açılıb.

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti “Azadlıq Radiosu”nun “Exo Kavkaz” layihəsinə bildirib ki, “isti xətt” aktivləşdirilib, bütün lazımi kanallar işə salınıb və hadisənin detalları araşdırılır.

2024-cü ilin mayında Abxaziyanın qondarma təhlükəsizlik xidməti “Abxaziya vətəndaşı” Kaxa Muradovun da “Gürcü xüsusi xidmət orqanları ilə əlaqədə” olduğunu iddia edərək onu saxlamışdı. 2025-ci ilin yanvarında qondarma “məhkəmə” Muradovu “dövlətə xəyanət” və “qanunsuz silah dövriyyəsi” ittihamları ilə 15 il həbsə məhkum etdi.

2022-ci ilin iyulunda Qali rayonunun Nabakevi kəndində isə “Gürcüstanın xeyrinə casusluq” ittihamı ilə Kristine Takalandze saxlanılmış və 2023-cü ilin mayında qondarma məhkəmə onu 10 il yarım müddətinə azadlıqdan məhrum etmişdi.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google