Antikorrupsiya Bürosu “AI Fakt”ın təsisçi təşkilatından da məlumat tələb edib

30 sentyabrda Antikorrupsiya Bürosu “obyektiv həqiqətin müəyyən edilməsi məqsədilə” “Aİ Fakt” media platformasının təsisçi təşkilatından da məlumat tələb edib.


“Rajden Kupraşvili 2025-ci il 16 aprel tarixindən bu günə qədər olan dövrdə qüvvədə olmuş və ya bağlanmış bütün qrant müqavilələrini, iş planlarını, vəsaitlərin ödəniş qrafikini, qrant büdcəsinin ətraflı layihəsini və maliyyə hesabatlarını tələb edir… Büro bildirir ki,
təşkilatın fəaliyyəti "Qrantlar haqqında" Gürcüstan qanununa uyğun olub-olmadığını müəyyən etmək üçün araşdırma başlanılıb. Biz bu gün bildirdik ki, 16 apreldən sonra təşkilat heç bir qrant almayıb,”
—  yayılan məlumatda deyilir.

22 sentyabrda bir qrup qeyri-hökumət təşkilatı (QHT) birgə bəyanat yayaraq bildirib ki, “Gürcü Arzusu” partiyası Rajden Kupraşvilinin rəhbərlik etdiyi Antikorrupsiya Bürosunun vasitəsilə Gürcüstandakı vətəndaş cəmiyyətinə qarşı repressiv təzyiqlərin yeni mərhələsinə başlayıb və bu proses təxminən 30 QHT-ni əhatə edir.

QHT-lərin məlumatına görə, Tbilisi Şəhər Məhkəməsi 17 sentyabrda 9 təşkilata qarşı qərar çıxarıb. Məhkəmə Kupraşvilinin idarəsinin müraciətini tam şəkildə təmin edib və həmin təşkilatlara öz fəaliyyətləri ilə bağlı genişhəcmli məlumatları büroya təqdim etməyi tapşırıb. Təşkilatların qiymətləndirməsinə görə, Antikorrupsiya Bürosunun bu addımı vətəndaş cəmiyyətinə qarşı təqib və təzyiq kampaniyasının bir hissəsidir.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google