Orbeliani meydanında aksiya iştirakçıları ilə polis qüvvələri arasında yenidən fiziki toqquşma baş verib
Orbeliani meydanında aksiya iştirakçıları ilə polis qüvvələri arasında yenidən fiziki toqquşma baş verib – yaralılara təcili tibbi yardım həkimləri ilkin yardım göstərirlər

Orbeliani meydanında etirazçılarla polis qüvvələri arasında qarşıdurma davam edir.

Xüsusi təyinatlı qüvvələrin əməkdaşları aksiya iştirakçılarına qarşı “bibər qazı”ndan istifadə ediblər, həmçinin su şırnağı və qaz kapsulları da tətbiq olunub.
Hadisə yerində bir neçə yaralı
var, onlara təcili yardım həkimləri tərəfindən ilkin tibbi yardım göstərilir.

Gərginlik etirazçılar prezident sarayı yaxınlığındakı hasarı aşdığı və inzibati binanın qapısını sındırdığı zaman başlayıb.





Print Email
FaceBook Twitter Google