Salome Zurabişvili – “İndi baş verənlər əsl provokasiyadır, kimin ssenarisi üzrə planlaşdırıldığını bilmirəm. Bu, dinc etirazın dağıdılmasına cəhddir”
“Burada dayananlar möcüzələrə inanmır, buradakılar provokasiyalara inanmır. İndi baş verənlər əsl provokasiyadır, kimin ssenarisi üzrə planlaşdırıldığını bilmirəm, amma bu, bu gün rejimə qarşı duran, yəni dinc etirazı ya dağıtmaq, ya da buradan qovmaq cəhdidir” – bunu Rustavelidəki aksiyada iştirak edən Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili deyib və o, Atonel prezident sarayı yaxınlığında baş verən hadisələrə reaksiya verib.

Onun sözlərinə görə, sülhsevər aksiya davam etməlidir və sabah Rustaveliyə daha çox insan gəlməlidir.

“Baxın buraya, buradakı bütün insanlar bu günkü seçkiləri etiraz etmək və 310 gündür davam edən sülhsevər etirazı davam etdirmək üçün buradadırlar – buradakıların heç biri möcüzələrə inanmır, provokasiyalara inanmır. İndi baş verənlər tam provokasiyadır, kiminsə ssenarisi üzrə planlaşdırıldığını bilmirəm, amma bu, bu gün rejimə qarşı duran, yəni sülhsevər etirazı ya dağıtmaq, ya da buradan qovmaq cəhdidir. Əsas odur ki, burada dayanışma davam etsin, dinc dayanışma ki, ona heç nə edə bilməzlər. Mən sabah da burada olacağam və sabah çoxlu sayda olmalıyıq ki, bu provokasiya dinc etirazın qələbəsi ilə başa çatsın” – deyə Zurabişvili bildirib.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
Tags: Zurabişvili
FaceBook Twitter Google