Bidzina İvanişvili – “partiyaya 80 faiz dəstək verirsə, necə ola bilər ki, 10 min adam çevriliş etsin?
Bidzina İvanişvili – “partiyaya 80 faiz dəstək verirsə, necə ola bilər ki, 10 min adam çevriliş etsin? Bu, ağlasığmazdır! Biz möhkəm dayanırıq və vəziyyəti nəzarətdə saxlayırıq!”

“Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvili partiya ofisində keçirilən tədbirdə, “Imedi” telekanalının sifarişi ilə aparılan exit-poll nəticələrinin açıqlanmasından sonra bildirib.

O deyib ki, müxalifət seçkiləri dağıdıcı şəkildə uduzub
və prosesləri yenidən küçəyə daşımağa çalışır.

“Bu gün sizi əmin edirəm ki, vətən sevgisi qalmış hər kəs dünyada Gürcüstana çox böyük həsəd aparır. Biz möhkəm dayanırıq və vəziyyəti nəzarətdə saxlayırıq. Belə olmalıdır – yol yalnız sizdən, yalnız cəmiyyətdən keçir. Onlar çalışırlar ki, bizi dəli etsinlər, ağlımızı itirtsinlər, elə bir kütlə ortaya çıxarsınlar ki, hakimiyyəti saxlaya bilməyək. Artıq geri çəkiliblər və əgər diqqətlə baxsanız, görəcəksiniz ki, onların məqsədi var: seçkiləri dağıdıcı şəkildə uduzublar və küçədən nəsə etməyə çalışırlar. Amma xoşbəxtlikdən burada da gürcü xalqının hikməti var və baxın, sayı nə qədərdir. 80 faiz partiyaya dəstək verirsə, necə ola bilər ki, 10 min adam çevriliş etsin? Bu, ağlasığmazdır” – deyə İvanişvili bildirib.

Mənbə: İnterPressNews


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



Print Email
FaceBook Twitter Google