“Kişinin cibindən məktub tapıldı” — Tbilisidə, 22-ci mərtəbədən yıxılan ailə və onların uşağı
Qısa məlumat:
• 22-ci mərtəbədən yıxılma nəticəsində bir ailənin üç üzvü həlak olub: həyat yoldaşları və uşaq.
• Qonşular bildirir ki, onlar ehtimal ki, Gürcüstan vətəndaşı olmayıb, çünki rus dilində danışırdılar.
• Polis həlak olmuş kişinin geyimində məktub tapıb.
• Onların mənzili hələ də sarı lentlə əhatə olunub — kriminalistlər işlərini davam etdirir.

Tbilisidə faciə baş verib — çoxmərtəbəli yaşayış binasının 22-ci mərtəbəsindən bir ailənin üç üzvü yıxılıb. Polis hələlik hadisənin səbəbini açıqlaya bilmir, qonşuların dedikləri isə çox suallar doğurur.

İsani, Naftluği küçəsində, “Arxi İsani” çoxmənzilli yaşayış kompleksində 4 oktyabr gecəsi qonşular üç nəfərin, o cümlədən bir uşağın meyitini aşkar ediblər.
Qonşuların versiyasına görə, onlar yüksəkliyindən, yəni yaşayış binasının 22-ci mərtəbəsindən yıxılıblar.

Həlak olmuş ailənin mənzilinin giriş qapısı, binanın son mərtəbəsi hələ də (4 oktyabr, 15:52) ekspert-kriminalistlər tərəfindən sarı lentlə əhatə olunub. Polis 4 oktyabr gecəsi baş verənləri araşdırır.

Uşaq meydanı, orada üç nəfərin həlak olduğu yer, su ilə yuyulub.

Yayılan məlumatlara görə, həlak olanlar bir ailənin üzvləridir: həyat yoldaşları və uşaq. Qonşular bildirir ki, onlar ehtimal ki, Gürcüstan vətəndaşı olmayıb və ailə “rusdilli” olub.

Gənc bir qadının biuldirdiyinə görə, əvvəl kişi yıxılıb, sonra qadın və nəhayət uşaq:
“Üçüncü mərtəbədə yaşayan qonşum bir şeyin düşmə səsini eşidib. O, elə bilib ki, kimsə zibil atıb, baxanda görüb ki, kişi yerə düşüb, onun ardınca qadın və sonra uşaq da yıxılıb. Bu qadın indi emosional olaraq çox pis vəziyyətdədir. Mən isə eyvandan baxanda artıq üçü də yerə yıxılmışdı. Qadın və kişi bir-birinə nisbətən yaxın idi, uşaq isə ayrı düşmüşdü” — deyə  "Azadlıq" radiosuna danışan qonşu, 19-cu mərtəbədə yaşayan şəxs bildirib.

Qadın deyib ki, yıxılma zamanı heç biri qışqırmayıb:

“Bilmirəm, insan yüksəkdən düşəndə instinkt olaraq qışqırmalıdır, amma üçü də elə yıxılıb ki, heç biri qışqırmayıb. Qonşular hətta düşünmüşdülər ki, bəlkə artıq öldürülüblər”
— deyə qonşu əlavə edib.
Onun sözlərinə görə, polis həlak olmuş kişinin geyimində məktub tapıb:

“Eşitdik ki, bir polis məktubu oxuyurdu - kişinin cibindən tapılmışdı. Məktub rus dilində yazılmışdı. Eşitdiyim məzmun təxminən belə idi: "Biz inanclı deyilik və başımıza gələnlər bizim günahımızdır"”.

Hələlik Daxili İşlər Nazirliyi hansı maddə ilə araşdırmaya başlayacağını açıqlamayıb. Nazirlikdən bildirirlər ki, kriminalistlər hələ də hadisə yerində işləyirlər. 


Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Print Email
FaceBook Twitter Google