Daur İsmayılov səslərin 90,27%-ni toplayıb

Marneuli merliyinə namizəd olan “Gürcü Arzusu”nun nümayəndəsi Daur İsmayılov yerli özünüidarəetmə seçkilərində 43 435 səs toplayıb ki, bu da səslərin 90,27 faizini təşkil edir.



MSK Marneulidəki bütün 81 seçki məntəqəsinin nəticələrini açıqlayıb.

İkinci yerdə 3 293 səslə (6,844%) “Güclü Gürcüstan – Lelo”nun merliyə namizədi Əsəd Əliyev qərarlaşıb. Üçüncü yeri isə 690 səs (1,434%) toplayan “Bizim
Birləşmiş Gürcüstan”ın namizədi Əli Bədirov tutub.


Ümumilikdə Marneuli üzrə 81 seçki məntəqəsi fəaliyyət göstərdi, onlardan 41-i elektron sistem idi.

Gürcüstanda yerli özünüidarəetmə seçkiləri 4 oktyabrda keçirildi.

Seçki prosesi əvvəlki seçkilərdən fərqli idi, çünki müxalifət partiyalarının əksəriyyəti boykot qərarı verərək iştirak etmədi. Onlar bəyan ediblər ki, 2024-cü ilin Parlament seçkilərini tanımırlar və qeyri-legitim hökumət tərəfindən təyin olunmuş seçki komissiyasına etibar etmirlər.

Bundan başqa, beynəlxalq və yerli müstəqil təşkilatların əksəriyyəti seçkiləri müşahidə etmədi.

 

Print Email
FaceBook Twitter Google