“Gürcü Arzusu”nun Parlament sədri Şalva Papuaşvili 4 oktyabr
hadisələrini şərh edərkən, həm də xarici siyasətçilərdən və
“Brüsselin bürokratlarından” danışıb.
“Cinayətə hazırlıq mərhələsində də, onun gedişində də,
sonrasında da, heç bir xarici, Brüsselin bürokratı və ya ayrı-ayrı
ölkələrin rəsmi şəxsləri nəinki zorakılığı və cinayəti qınamadılar,
heç ondan fərqlənmədilər belə”, – dedi Papuaşvili 5
oktyabrda keçirilmiş brifinqdə.
Onun sözlərinə görə, yalnız cinayəti dəstəkləyən şüarlar və
demokratiya, azadlıq barədə ümumi, boş cümlələr səslənib. Bu
cümlələr isə, dediyinə görə, bütün dünya tərəfindən canlı yayımla
izlənilən kütləvi cinayət fonunda daha da kinayəli görünürdü:
“Biz dövlət çevrilişi cəhdinə koordinasiyalı
informasiya dəstəyini gördük. Cəmiyyətin yaxşı tanıdığı simalar
Gürcüstanla bağlı oxşar mətnlər paylaşırdılar. Aydın idi ki, bunlar
kontekstdən çıxarılmışdı, çünki görünürdü ki, dünənki çevriliş
uğursuzluğa düçar olacaqdı”.
Papuaşvili qeyd edib ki, Gürcüstana qarşı zərərli maraqları olan
bir qrup mövcuddur və onlar ölkəni qarışdırmağa, piyada kimi
istifadə etməyə çalışırlar:
“Görünür, əvvəlcədən hazırlanmış mətnlər də vardı ki,
müəyyən məqamda yayımlandı və onların məqsədi kənardan təhrik
funksiyasını yerinə yetirmək idi. Biz eyni simaları görürük –
illərlə ölkəmizi sarsıtmağa çalışanları. Xüsusilə son üç ildə
onların daimi cəhdlərini izləyirik. Onlarda ölkəmizin dinc
inkişafına qarşı nə empatiya, nə mərhəmət, nə də maraq var. Onların
azadlıq və demokratiya barədə bütün danışdıqları boş sözlərdir.
Əslində isə, bunun arxasında çox soyuq hesablanmış siyasi və
geosiyasi maraqlar dayanır – Gürcüstan sadəcə bir ərazi, gürcülər
isə yalnız bu ölkənin əhalisi kimi görülür”, – deyə
Şalva Papuaşvili bildirib.
Daxili İşlər Nazirliyi 4 oktyabrda “Rustaveli prospekti”nin
liderləri Paata Burçuladze və Murtaz Zodelavanı, “Vahid Milli
Hərəkat” üzvü İrakli Nadiradzeni, “Strategiya Aqmaşenebeli”
partiyasının liderlərindən Paata Mancqaladzeni və polkovnik Laşa
Beridzeni saxlayıb.
DİN nazirinin müavini Aleksandre Daraxtvelidzenin
sözlərinə görə,
saxlanılanlara “Gürcüstanın konstitusiya quruluşunu zorakı yolla
dəyişməyə və ya dövlət hakimiyyətini devirməyə çağırış, eləcə də
qrup halında zorakılığı təşkil, idarə və iştirak” ittihamları irəli
sürülüb.
4 oktyabrda, Tbilisidə, bələdiyyə seçkiləri ilə paralel olaraq,
“hakimiyyətin sülh yolu ilə devrilməsi” məqsədilə kütləvi etiraz
aksiyası planlaşdırılmışdı.
Vətəndaşlar əvvəlcə Rustaveli prospekti və Azadlıq meydanına
toplaşıblar, sonra Murtaz Zodelavanın çağırışı ilə prezident
administrasiyası binasına – Atoneli küçəsinə tərəf irəliləyiblər.
Bir neçə nəfər həyətin baryerini də dağıdıb.
“Gürcü Arzusu” hökumətinin Baş naziri və partiyanın sədri İrakli
Kobaxidze isə deyib ki, devirmə cəhdi iflasa uğradı və onda iştirak
edən hər kəs ciddi cəzalandırılacaq. Onun sözlərinə görə, “30-dan
çox vicdansız zorakı həbs olunmalı olacaq”.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.