Mixeil Kavelaşvili 5 oktyabrda keçirdiyi brifinqdə bildirib ki,
4 oktyabrda Tbilisidə Prezident Administrasiyası önündə baş verən
hadisələr “xarici xüsusi xidmət orqanlarının tapşırığı ilə idarə
olunurdu”.
Onun sözlərinə görə, artıq təşkilatçılar, o cümlədən opera
müğənnisi Paata Burçuladze saxlanılıb.
Əsasən “Gürcü Arzusu”nun nümayəndələrindən ibarət seçki kollegiyası
tərəfindən seçilmiş prezident dövlət institutlarını çağırıb ki,
xalqı devirməyə və zorakılığa çağıranlara
qarşı xüsusi sərtlik
göstərsinlər.
“Gürcüstanda hələ də xarici xüsusi xidmətlərin
tapşırığı ilə hərəkət edən qüvvələr mövcuddur və buna cəmiyyətimiz
şahidlik etdi – onların necə davrandığını hamı gördü. Onlar
ətrafdakı hasarı dağıtdılar, şəhərimizin görməli yerlərindən birinə
zərər vuruldu. Hər gün çoxlu vətəndaş və turist buradan istifadə
edir, amma dünən hamı bunun necə dağıdıldığını gördü və bu, heç
kimə bağışlanmamalıdır. Xarici xüsusi xidmətlərin təşkil etdiyi bu
qüvvələr dünən Gürcüstan vətəndaşlarını hakimiyyətin devrilməsinə
çağırırdılar və bu, onlara bağışlanmayacaq, sərt cavab veriləcək”
– deyə Kavelaşvili bəyan edib. Onun sözlərinə görə,
hüquq-mühafizə orqanları yüksək standartlarla hərəkət ediblər.
Kavelaşvili bildirib ki, etirazçılar Prezident Administrasiyasının
həyətinə girəndə o, binanı tərk etməyib. Prezidentin harada olması
barədə suala isə cavab verib ki, bu, təhlükəsizlik baxımından
açıqlanmamalıdır.
O, həmçinin deyib ki, “Qızılgül inqilabı” da xarici qüvvələr
tərəfindən idarə olunmuşdu və heç də sülh yolu ilə baş
verməmişdi:
“Heç bir sülh inqilabı deyildi [‘Qızılgül inqilabı’]. O
vaxt dəyişikliklər xarici sifarişlə edildi və təəssüf ki, ölkə
agentura və kənardan idarə olunan hakimiyyəti qəbul etdi. İndi də
oxşarını təkrarlamağa çalışdılar və son illərdir bu cəhdləri davam
etdirirlər. Sadəcə biz hazırıq, cəmiyyət isə bu məsələlərdə artıq
təcrübəlidir” – deyə Kavelaşvili bildirib.
5 oktyabrda keçirilən brifinqdə “Gürcü Arzusu”nun baş naziri İrakli
Kobaxidze isə bəyan edib ki, “anti-dövlət siyasi qüvvə” –
“kollektiv Milli Hərəkat” tamamilə neytrallaşdırılacaq.
“Gürcü Arzusu”nun nümayəndələri dəfələrlə izah ediblər ki,
“kollektiv Milli Hərəkat” dedikdə yalnız “Vahid Milli Hərəkat”ı
deyil, həm də digər müxalif partiyaları – “Dəyişikliklər
Koalisiyası”, “Lelo – Güclü Gürcüstan üçün” və “Gürcüstan üçün
Qaxaria” partiyalarını nəzərdə tuturlar.
Kobaxidze əlavə edib ki, onlar “bütün xarici agentləri” və
“ekstremist qrupları” da nəzərdə tuturlar. Onun sözlərinə görə, son
bir ildə küçələrin 50, 100, 150 nəfərlik qruplar tərəfindən
bağlanması da məhz bu ekstremist qrupların iştirakı ilə baş
verib.
“Əlbəttə, bu, yanlışdır – 110 nəfərin tərəfindən 1
milyon 100 min nəfərin küçəsinin bağlanması
yolverilməzdir” – deyə Kobaxidze bildirib. Onun
sözlərinə görə, “ekstremist qrupların” məqsədi “dövlətə, ölkəyə və
iqtisadiyyata zərər vurmaq” idi.
Xatırladaq:
• 4 oktyabrda, yerli seçkilərlə paralel, “Rustaveli prospekti”
hərəkatı “Xalq Məclisi” adlı kütləvi tədbir planlaşdırmışdı. Məqsəd
“sülh inqilabı”, “hakimiyyətin sülh yolu ilə devrilməsi” idi.
• Vətəndaşlar Azadlıq Meydanında toplaşmış, daha sonra
təşkilatçılardan Murtaz Zodelavanın çağırışından sonra bir hissə
Prezident Administrasiyasına tərəf hərəkət etmiş və bir neçə nəfər
həyətin baryerini dağıtmışdı.
• DİN həmin gün “Rustaveli prospekti”nin liderləri Paata Burçuladze
və Murtaz Zodelavanı, həmçinin “Milli Hərəkat”ın üzvü İrakli
Nadiradzeni, “Strategiya Aqmaşenebeli”nin liderlərindən Paata
Mancqaladzeni və polkovnik Laşa Beridzeni saxlamışdı.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.