4 oktyabr aksiyasının təşkilatçılarından biri, Murtaz Zodelava,
saxlanılmasından bir neçə saat əvvəl bildirmişdi ki,
Prezident sarayı “ilk, sürətli qələbə” imkanı olduğuna görə
seçilib, çünki həmin obyektə daha az xüsusi təyinatlı qüvvə cəlb
olunmuşdu.
“Bu, sürətli qələbə qazanmaq cəhdi idi, kişilik nümayiş
etdirmək cəhdi idi, çox adamın… Mən orada xüsusi təyinatlıların
kordonuna çırpıldım”, – Zodelava 4 oktyabr
gecəsi “TV
Pirveli”nin efirində deyib. Onun sözlərinə görə, bu “bir tətik idi,
bizim cənublu xarakterimizdən istifadə etməklə, dərk etməklə –
bəlkə belə alınar – cəhdi idi”, lakin “alınmadı”.
Canlı efirdə Zodelavaya sual verildi – Prezident
Administrasiyasının “hasarını kim sökdü?”
“Mən şəxsən cəhd etdim, İrakli Nadiradze də, həmçinin o
an imkan tapanlar şəxsi nümunə göstərdik, biz şəxsi nümunə
verdik”, – deyə Zodelava bildirib. O həmçinin əlavə
edib ki, hərçənd bu konkret cəhd alınmadı, amma “mübarizə başlayıb”
və “ölkədə inqilab başlayıb”.
“O, təşkilatlanmaq daha çətindir, hətta mümkünsüzdür,
çünki tam diktaturadır. Resurslu insanlarla danışmayın, faydası
yoxdur… ona vaxt sərf etməyin. Özünüz kimi ürəyi yanıq olanları
axtarın, sizin kimi adamları – daha çox fayda, daha çox dəstək və
daha çox sirr saxlamaq olacaq”, – deyə Murtaz
Zodelava bildirib.
Saxlanılmasından bir neçə saat əvvəl, Murtaz Zodelava bir neçə gün
davam edəcək “dinc inqilab”ın başladığını elan etmişdi. Bundan öncə
aksiyanın təşkilatçıları bildirirdilər ki, “dinc inqilab” 4
oktyabrda başlayacaq və həmin gün də başa çatacaq. 4 oktyabr
gecəsi, Murtaz Zodelava jurnalistlərə şərh verdiyi zaman Tbilisidə,
Rustaveli prospektində polis qüvvələri tərəfindən saxlanılıb.
Saxlanılanlar arasında həmçinin İrakli Nadiradze, Paata Manjqaladze
və Laşa Beridze də var. Daxili İşlər Nazirliyinin məlumatına görə,
onlara 9 ilə qədər həbs cəzası verilə bilər. Həmçinin güman edilir
ki, istintaqın gedişatına uyğun olaraq daha çox şəxs həbs
olunacaq.
4 oktyabrda paytaxtda baş verən hadisələrlə bağlı Cinayət
Məcəlləsinin dörd maddəsi üzrə iş açılıb:
- 317-ci: Gürcüstanın konstitusion quruluşunun zorakı yolla
dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə
çağırış;
- 225-ci: qrup halında zorakılığın təşkili, rəhbərliyi və ya
iştirak;
- 222-ci: strateji və ya xüsusi əhəmiyyətli obyektin ələ
keçirilməsi və ya bloklanması;
- 187-ci: əşyanın zədələnməsi və ya məhv edilməsi.
4 oktyabrda, bələdiyyə seçkiləri ilə paralel olaraq, “Rustaveli”
hərəkatı “xalq yığıncağı” keçirməyi planlaşdırmışdı.
Təşkilatçıların izahına görə, məqsəd “dinc inqilab”, “dinc
devrilmə” idi. Bu tədbir kütləvi olub.
Vətəndaşlar Azadlıq meydanında toplaşdılar və təşkilatçı qrupun
nümayəndəsi Murtaz Zodelavanın çıxışından sonra bir hissə Atoneli
küçəsi ilə Prezident Administrasiyası binasına doğru hərəkət etdi,
bir neçə nəfər isə həyətin hasarını dağıtdı.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.