İrakli Kobaxidzenin sözlərinə görə, “Dip State”in Vahid Milli
Hərəkatı “Lelo” və “Qaxaria” ilə əvəzləmə planı uğursuz oldu.
Onun dediyinə görə, bu iki partiya “praktiki olaraq artıq silinməli
siyahıya düşüb”, çünki 4 oktyabr bələdiyyə seçkilərində çox zəif
nəticə göstəriblər, əksinə “Gürcü Arzusu” inamlı qələbə
qazanıb.
“Köhnə seçkilərdə, ötən il, Lelo 180 mindən çox səs
toplamışdı, indi isə bunun yarısını aldı – halbuki müxalifət
cəbhəsində onlara demək olar ki, rəqib yox idi. Qaxarianın
partiyası isə ötən seçkilərdə 160 mindən çox səs almışdı, indi isə
təxminən 50 min. Yəni, onların əvəzləmə layihəsi iflasa
uğradı,” – deyə Kobaxidze bildirib.
O söz verib ki, “anti-dövlət siyasi güc” – yəni “kollektiv Milli
Hərəkat” tam zərərsizləşdiriləcək.
“Gürcü Arzusu” nümayəndələri dəfələrlə açıqlayıblar ki, “kollektiv
Milli Hərəkat” dedikdə yalnız Vahid Milli Hərəkat deyil, həm də
digər müxalif partiyalar – “Dəyişikliklər Koalisiyası”, “Lelo –
Güclü Gürcüstan” və “Qaxaria Gürcüstan üçün” nəzərdə tutulur.
5 oktyabr brifinqində Kobaxidze əlavə edib ki, “kollektiv Milli
Hərəkat” anlayışına bunlar da daxildir və onlar da
“zərərsizləşdiriləcək”:
• “bu ölkəni rahat buraxmayan bütün xarici agentlər”;
• “xarici xüsusi xidmət orqanlarının təlimat və maliyyəsi ilə
hərəkət edən ekstremist qruplar – o cümlədən Saakaşvilinin ailəsinə
məxsus edilən bir universitet vasitəsilə”;
• “Qalxan”, “Birlik” kimi təşkilatlar – Kobaxidze bunları da
“ekstremist qruplar” adlandırıb.
Baş nazirin sözlərinə görə, son bir ildə küçələrin 50, 100, yaxud
150 nəfərlik qruplar tərəfindən bağlanması da həmin “ekstremist
qrupların” iştirakı ilə baş verib və bu qəbuledilməzdir.
“Əlbəttə, bu düzgün deyil – 110 nəfər milyon yüz min
nəfərin yolunu kəsə bilməz”, – deyə Kobaxidze
bildirib. Onun sözlərinə görə, “ekstremist qrupların” məqsədi
“dövlətə, ölkəyə, iqtisadiyyata zərbə vurmaq” idi.
Bələdiyyə seçkilərində müxalifət partiyalarının əksəriyyəti iştirak
etməyib. Lelo – Güclü Gürcüstan və Qaxaria Gürcüstan üçün iştirak
etsə də, digər müxalif qüvvələr və vətəndaş cəmiyyəti bunu Avropa
yönümlü etiraza qarşı atılan addım kimi qiymətləndiriblər.
Kobaxidzenin sözlərinə görə, 4 oktyabrda həm də “Gürcüstanda
beşinci Maydan cəhdi” iflasa uğrayıb və “dövlətə və hüquq-mühafizə
orqanlarına qarşı zorakılıq törədən bir çox adam
cəzalandırılacaq”.
“O vaxt 4-də aksiyanın anonsu veriləndə hamı bilirdi
ki, bu devirmə aksiyasıdır. Belə də elan edilmişdi. Kim 4-də
aksiyaya gəldisə, devirmə aksiyasına gəldi – hansı ki, Burçuladze
və tərəfdaşları tərəfindən elan edilmişdi”, – deyə
Kobaxidze bildirib və əlavə edib ki, “hakimiyyəti devirmə”
aksiyasına gedib, sonra isə ondan imtina edənlərin davranışı
utancvericidir.
4 oktyabrda, bələdiyyə seçkiləri ilə paralel olaraq, “Rustaveli”
prospektində “xalq məclisi” elan olunmuşdu. Məqsəd “sülh yolu ilə
inqilab”, “sülh yolu ilə devirmə” idi. Tədbir kütləvi olmuşdu.
Vətəndaşlar Azadlıq meydanında toplaşdılar, təşkilatçı Murtaz
Zodelavanın çıxışından sonra bir qrup prezident administrasiyasına
doğru hərəkət etdi və bir neçə nəfər həyətdəki baryeri aşdı.
Təşkilatçılar saxlanıldı, onların arasında opera müğənnisi Paatа
Burçuladze də var idi.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.