Gürcüstan Daxili İşlər Nazirliyi bəyan edib ki, “bu gün və
qarşıdakı günlərdə” keçirilən hər hansı toplanma “hakimiyyətin
devrilməsi cəhdinin davamı” hesab
olunacaq və qanunu pozanların müəyyən olunması və məsuliyyətə cəlb
edilməsi üçün müvafiq tədbirlər görüləcək.
Bu açıqlama 5 oktyabrda – 4 oktyabr aksiyasının 5 təşkilatçısının
saxlanılmasından sonra və vətəndaşların, eləcə də Federalistlər
Partiyasının elan etdiyi yeni
aksiyadan bir neçə saat öncə
yayılıb.
“Cəmiyyətə məlum olduğu kimi, dünən hakimiyyətin
devrilməsini hədəfləyən toplantı keçirildi. Toplantı tezliklə
qanunsuz xarakter aldı, bundan sonra Gürcüstan Daxili İşlər
Nazirliyi qanunun aliliyini qorumaq üçün ən yüksək hüquqi
standartlara uyğun proporsional tədbirlər gördü...
Bununla yanaşı, dünənki hadisələrdən çıxış edərək əsaslı hesab
edirik ki, bu gün və qarşıdakı günlərdə keçiriləcək hər hansı
toplantı dünənki cəhdin davamı olacaq və ictimai asayişə və
təhlükəsizliyə təhdidin qarşısını almaq üçün müvafiq tədbirlər
görəcəyik.
Hər kəsə çağırış edirik ki, bu şəraiti nəzərə alsınlar və
barələrində hüquqi tədbirlərin görülməsinə səbəb ola biləcək
hərəkətlərdən çəkinməsinlər”, – deyə DİN-in
açıqlamasında bildirilir.
Bununla belə, nazirlik “istənilən toplaşmanın” nə vaxta qədər
devrilmə cəhdi hesab olunacağını dəqiqləşdirməyib.
Reaksiya
DİN-in bu bəyanatına artıq “Federalistlər” partiyasının lideri
Tamar Çerqoleişvili münasibət bildirib və quruma müraciətlə
deyib:
“Sizin açıqlamanızdakı bu konkret
hissəyə cavab verirəm: Aksiyalar dayanmayacaq, aksiyalar dinc
olacaq. Dünənki gün bir şeyi açıq göstərdi – guya ‘qanuni oğru’
statusu ilə öyünən qazlı lovğaların etirazçı cəmiyyətdə heç bir
dayağı yoxdur. On minlərlə insan Rustavelidə qətiyyətlə və dinc
şəkildə dayanmışdı, halbuki macərapərəst lovğalar onları hansısa
binalara hücuma çağırırdılar. Bu dəfə Saakaşvili adı ilə etirazı
dağıda bilməyəcəksiniz.
Biz sakit dayanacağıq və dinc
şəkildə bu rejimin təməlini sarsıtmağa davam edəcəyik, çünki onun
legitimliyi toyuq ayaqları üstündə dayanır.
Biz bilirik ki, dinc etirazdan
qorxursunuz, çünki elə bu yolla sizin əsasınız sarsılır”.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə
olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook
səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da
izləyin.
Bizi "X"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415