Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına görə, böyük miqdarda
atıcı silah, döyüş sursatı və detonatorlu partlayıcı maddələr aşkar
olunub.
DTX-nin bildirdiyinə əsasən, Ukraynada fəaliyyət göstərən hərbi
bölmələrdən birinin gürcü nümayəndəsinin göstərişi ilə Gürcüstan
vətəndaşı B.Ç. böyük miqdarda silah, sursat və partlayıcı vasitələr
əldə edib.
“Əlimizdə olan operativ məlumata görə, həmin döyüş
sursatından 4 oktyabrda Tbilisidə təşkil olunmuş qrupun zorakı
toqquşmaları və Prezident Sarayını ələ keçirmə cəhdləri ilə paralel
olaraq diversiya aktları üçün istifadə olunmalı idi”,
– bunu Dövlət Təhlükəsizlik Xidmətinin rəis müavini
Laşa Mağradze 5 oktyabrda keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, Tbilisinin mərkəzinə gətirilməsi
planlaşdırılan silah və partlayıcı maddələri daşımalı olan
şəxslərin dairəsi zərərsizləşdirilib.
“Xüsusi gizlədilmiş yerdə aşkar edilən silah, döyüş sursatı və
partlayıcı vasitələr Tbilisi yaxınlığındakı meşə massivində
gizlədilmişdi. Həmçinin müəyyən olunub ki, B.Ç.-nin sifarişi ilə
detonator və onu işə salmaq üçün pult hazırlayan şəxs olub. Həmin
şəxs artıq DTX-ya gətirilib və istintaq hərəkətləri aparılır.
Cinayət işi üzrə B.Ç. barəsində də məsuliyyət müəyyən edilib və o,
axtarışa veriləcək. Bu gün səhər tezdən onun mənzilində axtarış
aparılıb, şəxsi mobil telefonu götürülüb. Telefonun yoxlanılması
nəticəsində əsas sübutlardan biri – bir neçə videogörüntü əldə
olunub. Həmin kadrlarda B.Ç. hələlik istintaq tərəfindən müəyyən
edilməmiş şəxsə aldığı silah və sursatı göstərir və bununla bağlı
hesabat verir”, – Mağradze qeyd edib.
Araşdırma Cinayət Məcəlləsinin 236-cı maddəsinin üçüncü hissəsi ilə
aparılır. Bu maddə odlu silah, döyüş sursatı, partlayıcı maddə və
ya partlayıcı qurğunun qanunsuz alınması və ya saxlanılmasını
nəzərdə tutur və üç ildən altı ilədək azadlıqdan məhrumetmə ilə
cəzalandırılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.