Bu gündən şəxsiyyət vəsiqələri yeni dizaynla veriləcək

Yenilənmiş dizaynla Gürcüstan vətəndaşının biometrik pasportlarının və yaşayış yerinə icazə üçün elektron vəsiqələrin verilməsinə başlanılır.

Dövlət Xidmətlərinin İnkişafı Agentliyinin məlumatına görə, yeni sənədləri bu ilin 6 oktyabrından müraciət edən şəxslər əldə edəcəklər.

Onların bildirdiyinə görə, yeni şəxsiyyət vəsiqəsinin qiyməti eyni qalır, müddətli sənəd sahibləri isə onları yeniləri ilə əvəz etməyə məcbur deyillər.

Məlumat üçün qeyd edək ki,
şəxsiyyəti təsdiq edən vəsiqənin qiyməti (foto və bank xidmətləri daxil olmaqla) 66 lari təşkil edir. Ədliyyə nazirinin əmrinə əsasən, yeni dizaynlı ID kartında Gürcüstan dövlət gerbi tam formada, bir rəngdə və Gürcüstan dövlət bayrağı əks olunacaq.

“Vəsiqənin fon təsvirinin çap elementləri elə yerləşdirilməlidir ki, fon təsvirinin parçalanması (məsələn, obyektin kiçik hissələrə ayrılması) saxtalaşdırma məqsədilə çətin olsun və manipulyasiyalar asanlıqla aşkar edilsin.

Vəsiqə aşağıdakı məlumatları əhatə etməlidir: ad; soyad; cins; vətəndaşlıq; doğum tarixi; doğum yeri; şəxsi nömrə; fotoşəkil; şəxsi imza nümunəsi; sənədi verən orqanın adı; sənədin verilmə tarixi; sənədin etibarlılıq müddəti; fiziki şəxsin autentifikasiya sertifikatı, müvafiq bağlanmış açar və sertifikat verən orqan; kvalifikasiyalı elektron imza sertifikatı, müvafiq bağlanmış açar və sertifikat verən orqan; sənədin giriş kodu (CAN – Card Access Number); QR kod – onun vasitəsilə sənədin və/və ya şəxsin məlumatları yoxlana bilər.”


Köhnə dizaynda olan vəsiqələr isə qanunvericiliklə müəyyən edilmiş müddətə (kartda göstərilən tarixədək) qüvvədə qalacaq.

Dövlət Xidmətləri Agentliyinin izahına görə, yenilənmiş dizaynla aşağıdakı identifikasiya və səfər sənədləri də veriləcək:

  • Müvəqqəti yaşayış icazəsi üçün elektron vəsiqə;
  • Daimi yaşayış icazəsi üçün elektron vəsiqə;
  • Diplomatik pasport;
  • Xidmət pasportu;
  • Qaçqın statusuna malik şəxsin səfər sənədi;
Gürcüstanda statusu olan vətəndaşlığı olmayan şəxsin səfər pasportu.

Agentliyin məlumatına görə, şəxsiyyət vəsiqələrinin elektron formatda verilməsi 2025-ci ilin 3 noyabrından planlaşdırılır.

 

Mənbə: BPN


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google