Fransanın baş naziri Sebastyen Lekornyu oktyabrın 6-da, hökumətin
ilk iclasından öncə istefa verib.
O, bir ay deyildi baş nazir təyin olunmuşdu.
"Le Figaro" və BFM TV prezident Emmanuel Makronun istefanı artıq
qəbul etdiyini xəbər verir.
Lekornyunun baş nazirliyi müasir Fransa tarixinə ən qısa müddət
kimi düşür.
Ötən axşam Lekornyu yeni nazirlər kabinetinin tərkibini açıqlayıb.
Onun
heyətində əsas vəzifələri prezident Makronun tərəfdarları,
əvvəlki hökumətin nazirləri tutub. BFM TV müxalifətin bu addımı
sərt tənqid etdiyini bildirir.
Lekornyu bu il Fransada istefa verən üçüncü, 2022-ci ildən bəri
altıncı baş nazirdir.
Ondan əvvəlki baş nazir Fransua Bayru vəzifəyə təyin ediləndən
doqquz ay sonra, sentyabrın 8-də parlamentin hökumətinə
etimadsızlıq göstərməsindən sonra istefa verib. O, büdcəni
parlamentdən keçirə bilməmişdi. Bu layihə defisitin azaldılması
üçün sərt iqtisadi tədbirləri nəzərdə tutur.
Oktyabrın 5-də təhlilçilər bildirirdilər ki, Lekornyun hökuməti də
büdcəni qəbul edə bilməyəcək.
"Le Figaro" müxalif siyasətçilərin parlamentin buraxılması və yeni
seçkilərin keçirilməsi çağırışlarını dərc edib. Bəziləri isə
prezident Makronun istefasını tələb edir, yaxud impiçment
olunmasını istəyir.
Hökumətə daxil olan Respublika Partiyası isə bu axşam kabinetdən
çıxmaq qərarı verə bilər, partiyanın strateji komitəsi bu məsələni
müzakirə edəcək.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22
onlayn media birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.