“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze Çexiya
Parlament seçkilərində qələbə qazanan bu ölkənin keçmiş baş naziri
Andrey Babişi və onun populist ANO hərəkatını təbrik edib.
6 oktyabrda sosial şəbəkə X-də Kobaxidzenin rəsmi səhifəsində
yayımlanmış mətndə bildirilir ki, o, Babişə güclü və səmərəli
hökumət formalaşdırmaqda uğurlar arzulayır. Belə bir hökumət çex
xalqının tərəqqisinə və rifahına
xidmət edəcək. Kobaxidzenin
sözlərinə görə, Gürcüstan Çexiya ilə tərəfdaşlığın “yenilənmiş
mərhələsini” və əlaqələrin dərinləşməsini səbirsizliklə
gözləyir.
Hazırkı Çexiya hökuməti – baş nazir Petr Fialanın rəhbərliyi ilə,
yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək – o,
“Gürcü Arzusu”nun siyasətini sərt tənqid edir. Çexiya hakimiyyəti
Gürcüstan hökumətinin bir sıra yüksək vəzifəli şəxslərinə sanksiya
da tətbiq edib.
Çexiyada 3–4 oktyabrda keçirilmiş parlament seçkilərində birinci
yeri Andrey Babişin populist ANO partiyası tutdu, lakin hökuməti
təkbaşına qurmaq üçün kifayət qədər səs toplaya bilmədi və indi
koalisiya yaratmaq üçün digər partiyalarla danışıqlar aparır.
Mərkəz-sağ partiyaların Spolu koalisiyası – hazırkı baş nazir Petr
Fialanın rəhbərliyi altında – ikinci yeri tutdu. Parlamentdə daha
dörd partiya da mandat qazandı. Onların arasında ultrasağçı SPD və
avroskeptik sağ-populist “Avtomobilistlər” partiyası da var.
Babişin ANO partiyası məhz bu qüvvələrlə koalisiya qurmaq
niyyətindədir.
Milyarder iş adamı Andrey Babiş 2017–2021-ci illərdə Çexiyanın baş
naziri olub və son parlament seçkilərində partiyasının qələbəsindən
sonra bu vəzifəni yenidən tutmaq istəyir.
Andrey Babiş avroskeptik siyasətçi hesab olunur və Macarıstanın baş
naziri Viktor Orban, Slovakiyanın baş naziri Robert Fico ilə yaxın
münasibətləri var. Onlar Ukraynaya qarşı Rusiyanın genişmiqyaslı
hücumundan sonra belə Moskva ilə əlaqələri qoruyub saxlayıblar.
2025-ci ilin sentyabr ayının sonunda “Gürcü Arzusu” hökuməti
Moldovanın prezidenti Maya Sandunun Avropa yönlü “Fəaliyyət və
Həmrəylik Partiyası”nı seçkilərdə qələbə münasibətilə təbrik
etməmişdi. Sandunun partiyası seçkilərdə prorus blokları məğlub
etmişdi.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.