Kobaxidze Babişi Çexiya Parlament seçkilərində qələbə münasibətilə təbrik edib

“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze Çexiya Parlament seçkilərində qələbə qazanan bu ölkənin keçmiş baş naziri Andrey Babişi və onun populist ANO hərəkatını təbrik edib.


6 oktyabrda sosial şəbəkə X-də Kobaxidzenin rəsmi səhifəsində yayımlanmış mətndə bildirilir ki, o, Babişə güclü və səmərəli hökumət formalaşdırmaqda uğurlar arzulayır. Belə bir hökumət çex xalqının tərəqqisinə və rifahına
xidmət edəcək. Kobaxidzenin sözlərinə görə, Gürcüstan Çexiya ilə tərəfdaşlığın “yenilənmiş mərhələsini” və əlaqələrin dərinləşməsini səbirsizliklə gözləyir.

Hazırkı Çexiya hökuməti – baş nazir Petr Fialanın rəhbərliyi ilə, yeni hökumət formalaşana qədər fəaliyyətini davam etdirəcək – o, “Gürcü Arzusu”nun siyasətini sərt tənqid edir. Çexiya hakimiyyəti Gürcüstan hökumətinin bir sıra yüksək vəzifəli şəxslərinə sanksiya da tətbiq edib.

Çexiyada 3–4 oktyabrda keçirilmiş parlament seçkilərində birinci yeri Andrey Babişin populist ANO partiyası tutdu, lakin hökuməti təkbaşına qurmaq üçün kifayət qədər səs toplaya bilmədi və indi koalisiya yaratmaq üçün digər partiyalarla danışıqlar aparır.

Mərkəz-sağ partiyaların Spolu koalisiyası – hazırkı baş nazir Petr Fialanın rəhbərliyi altında – ikinci yeri tutdu. Parlamentdə daha dörd partiya da mandat qazandı. Onların arasında ultrasağçı SPD və avroskeptik sağ-populist “Avtomobilistlər” partiyası da var. Babişin ANO partiyası məhz bu qüvvələrlə koalisiya qurmaq niyyətindədir.

Milyarder iş adamı Andrey Babiş 2017–2021-ci illərdə Çexiyanın baş naziri olub və son parlament seçkilərində partiyasının qələbəsindən sonra bu vəzifəni yenidən tutmaq istəyir.

Andrey Babiş avroskeptik siyasətçi hesab olunur və Macarıstanın baş naziri Viktor Orban, Slovakiyanın baş naziri Robert Fico ilə yaxın münasibətləri var. Onlar Ukraynaya qarşı Rusiyanın genişmiqyaslı hücumundan sonra belə Moskva ilə əlaqələri qoruyub saxlayıblar.

2025-ci ilin sentyabr ayının sonunda “Gürcü Arzusu” hökuməti Moldovanın prezidenti Maya Sandunun Avropa yönlü “Fəaliyyət və Həmrəylik Partiyası”nı seçkilərdə qələbə münasibətilə təbrik etməmişdi. Sandunun partiyası seçkilərdə prorus blokları məğlub etmişdi.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.




 

Print Email
FaceBook Twitter Google