İran Məşvərət Şurasının üzvü Məhəmmədrza Bahonər hicab qanunu ilə
bağlı dediklərinə görə mühafizəkarların tənqidi ilə üzləşib.
O, hicab qanununu qüvvədə saxlamağın artıq mümkün olmadığını
açıqlayıb. Radikal fundamentalistlər isə onu islam qanununa qarşı
çıxmaqda ittiham ediblər.
"Hicabın məcburiliyi haqqında qanun məcburi deyil və
Milli Təhlükəsizlik Şurası ilə məsləhətləşmədən sonra parlamentdə
qəbul edilən "Əxlaq və hicab" qanununun qüvvəsi
dayandırılıb", – oktyabrın 3-də M.Bahonər deyib.
AzadlıqRadiosunun fars xidməti yazır ki, bu açıqlamanı İslam
Məşvərət Şurasındakı radikal fundamentalistlər, islam
respublikasının propaqanda qurumları kəskin tənqid edib.
"Kayhan" qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari Bahonərin
"məcburi hicab" ifadəsini işlətməsini tənqid edib. Onun sözlərinə
görə, "bu termini islam və inqilab düşmənləri hicabı lazımsız və
azadlığa qarşı göstərmək məqsədilə uydurub və istifadə edib".
O əlavə edib ki, Milli Təhlükəsizlik Şurası hicab qanunu ilə bağlı
qərar verməyib.
Ən kəskin reaksiyalardan biri parlamentin mədəniyyət komissiyasının
nümayəndəsi Əhməd Rastinədən gəlib. O, açıq şəkildə prokurorluğa
Bahonərlə bağlı işə qarışmağı tələb edib.
Bu ilin mayında İran mətbuatının dərc etdiyi qanun layihəsinin
mətninə əsasən, qanunu pozanlara cərimə və sosial hüquqlardan
məhrum etmədən tutmuş, 3 ilədək həbsə qədər tədricən sərtləşdirilən
cəzaları nəzərdə tutur. Sosial şəbəkələrdə hicab əleyhinə kampaniya
aparanların da cəzalandırılacağı bildirilir.
İranda 1979-cu il islam inqilabından sonra
ölkədə qadınlar üçün baş örtüyü tələbi qoyulub. Amma zaman-zaman
ölkədə etirazlar vaxtı qadın və qızlar baş örtüklərini çıxarıblar,
hicabın yandırılması halları da olub.
2022-ci ildə hicab qanununu pozduğuna görə həbsə atılan Məhsa
Əmininin məhbəsdə ölməsi ölkədə görünməmiş nümayişlər doğurub.
Hakimiyyətin etirazçılarla qəddar davranışı yüzlərlə insanın
ölümünə, minlərlə etirazçının həbsinə yol açmışdı.
"Qadın, həyat, azadlıq" hərəkatından bəri İranda çox sayda qadınlar
və qızlar hicab qaydasına riayət etmirlər, təhlükəsizlik
əməkdaşları isə bunlara sərt reaksiya verirlər. Amma ölkədə baş
örtüsüz mərasimlərin, toplantıların keçirilməsi haqda da məlumatlar
gəlir.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni
xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.