Sameqreloda böyük miqdarda narkotik vasitə ələ keçirilib
Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo–Yuxarı Svaneti Polis Departamentinin əməliyyat və istintaq bölmələrinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində narkotik cinayətə görə, əvvəllər məhkum olunmuş, 1981-ci il təvəllüdlü və Zuqdidi şəhərində yaşayan C.V. adlı şəxs saxlanılıb.

Ona qarşı xüsusilə böyük miqdarda narkotik vasitəni qanunsuz əldə etmə, saxlama və satışa yardım etmə ittihamı irəli sürülüb.

Cinayət maddəsi
20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, saxlanılan şəxsin üzərində və Batumi şəhərində müəyyən edilmiş ünvanda aparılan axtarış zamanı satış üçün hazırlanmış, xüsusilə böyük miqdarda — 112 büküm “metadon” adlı narkotik vasitə maddi sübut kimi götürülüb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin III hissəsinin “a” bəndi və 260¹ maddəsinin VI hissəsinin “a” bəndi ilə aparılır.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google