ABŞ prezidenti Donald Tramp Konqresdəki demokratlarla şatdaun
danışıqlarının nəticəsiz olması qərarına gəlsə, administrasiya
kütləvi ixtisarlara başlayacaq.
Bunu bazar günü Ağ evin aparıcı rəsmisi deyib.
Oktyabrın 6-da ABŞ-də hökumətin qismən bağlanmasının altıncı günü
başlayır. Ağ evin Milli İqtisadi Şurasının direktoru Kevin Hasset
CNN-in "State of the Union" proqramına deyib ki, demokratların
şatdaunu bitirməkdən ötrü geri çəkilmə fürsətinin
qaldığını
düşünür.
Ağ evin büdcə direktoru Rassel Vout əks halda federal işçilərin
ixtisarı ilə hədələyib.
Bazar günü jurnalistlər Trampdan soruşublar ki, administrasiya
ixtisarlara nə zaman başlayaq.
"Bu hazırda baş
verir", – prezidentin cavabı belə olub.
"Reuters" yazır ki, ötən həftədən bəri konqres liderləri arasında
danışıqların əsər-əlaməti yoxdur. Şatdaun oktyabrın 1-də, 2026-cı
il maliyyə ilinin birinci günündən başlayıb. Senatdakı demokratlar
federal agentliklərin noyabrın 21-dək işini maliyyələşdirəcək
qısamüddətli layihəni rədd ediblər.
Demokratlar ABŞ-də vətəndaşların Əlçatan Tibbi Xidmət Qanunu
(Affordable Care Act) vasitəsilə özəl sağlamlıq sığortası ala
bilmələri üçün vergi kreditlərinin daimi uzadılmasını tələb
edirlər. Onlar həmçinin Ağ evdən razılaşdırılmış xərclərin
birtərəfli ləğv edilməyəcəyi barədə zəmanət istəyirlər.
Senatda respublikaçı çoxluğun lideri Con Tun bildirib ki, o,
demokratların narahatlıqlarını müzakirə etməyə hazırdır, amma öncə
federal hökuməti yenidən açmaq barədə razılığa gəlməlidirlər.
Oktyabrın 6-da Senat müvəqqəti maliyyələşdirmə qanununu və
demokratların alternativ layihəsini beşinci dəfə səsverməyə
çıxarmalıdır. Respublikaçıların layihəsi onların nəzarətində olan
Nümayəndələr Palatasından keçib.
Layihələrin heç birinin gərəkən 60 səsi yığacağı gözlənilmir.
"Ya hökuməti açın, ya da başqa cür
olacaq", – C.Tun "Fox News"un "Sunday Morning
Futures" proqramında bildirib.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.