ABŞ prezidenti Donald Trampın kiçik oğlu Berron Trampın 150 milyon
dolları var və bunu "World Liberty Financial" kriptovalyuta şirkəti
sayəsində qazanıb.
"Forbes" yazır ki, 2024-cü ilin prezident seçkisinə iki aydan da az
qalmış Berron atası və iki böyük qardaşı ilə birlikdə bu şirkəti
təsis edib. Atasına rəqəmsal pul kisəsinin nə olduğunu da elə
Berron öyrədibmiş.
D.Tramp prezident seçiləndən sonra "World Liberty" parlayır və
Tramp ailəsinin sərvətini 1.5 milyard dollardan çox artırır. Bunun
10 faizi - 150 milyon dolları Berrona məxsusdur.
Berron 2006-cı ildə, atasının üçüncü nikahından doğulub. "Forbes"
onun prezidentin digər uşaqları ilə müqayisədə daha çox kölgədə
qaldığını yazır. O, 2017-ci ildə atasından bir neçə ay sonra
Kolumbiya Dairəsinə köçüb və məlumatlara görə, Merilend ştatında
təhsil haqqı ildə 50 min dollardan çox olan özəl məktəbə daxil
olub.
2018-ci ildə anası Melaniya Tramp evlilik müqaviləsini yenidən
razılaşdıraraq oğlu üçün daha yaxşı miras şərtləri və ailə
biznesində daha çox iştirak təmin edib. "Forbes" Berronun ilk
cəhdinin xeyli gəlirli olduğunu yazır.
Dərgi onun digər bəlli aktivinin olmadığını, amma 150 milyon onun
hazırkı təhsil haqqından 2 min 200 dəfə çox olduğunu yazır. B.Tramp
Nyu-York Universitetinin Stern Biznes Məktəbində təhsil alır. İllik
təhsil haqqı 67 min 430 dollardır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.