“Gürcü Arzusu”: Hazırda hər hansı səfirin ölkədən çıxarılması əks-effektli olardı
“Gürcü Arzusu”nun parlament çoxluğunun lideri İrakli Kirtsxalia bildirib ki, cəmiyyət bəzi səfirlərin qeyri-diplomatik davranışlarından narazıdır və onların ölkədən çıxarılmasını tələb edir.

Lakin onun sözlərinə görə, bu addım “Deep State-in (gizli idarəetmə sisteminin) nəzarətində olan Avropa bürokratiyası səfir təyinatları barədə qərar verdiyi müddətdə kontrproduktiv – yəni zərərli və nəticəsiz olardı.”

Kirtsxalia qeyd etməyib ki, səfirin təyinatı yalnız
göndərən dövlətin deyil, həm də qəbul edən ölkənin razılığı ilə həyata keçirilir. Məsələn, ABŞ Brijit Brink’i Gürcüstana səfir təyin edə bilməmişdi, çünki “Gürcü Arzusu” onun namizədliyini dəstəkləməmişdi.

“Son illərdə, xüsusilə Ukraynada müharibə başlayandan bəri, Gürcüstanda akkreditə olunmuş bəzi Qərb, o cümlədən Avropa İttifaqına üzv ölkələrin səfirlərinin fəaliyyəti bütün diplomatik çərçivələri aşaraq, dövlətin daxili işlərinə müdaxiləyə çevrilib. Bənzər bəyanatları biz ayrı-ayrı Avropa ölkələrinin xarici işlər rəhbərlərindən və yüksək rütbəli rəsmilərindən də eşidirik.

Bizim üçün dost hesab etdiyimiz dövlətlərin nümayəndələrindən belə qeyri-diplomatik və qeyri-dost davranışlar tamamilə qəbuledilməzdir.

Bununla belə, haqlı narazılıq ifadə edən və “Gürcü Arzusu”ndan sərt tədbirlər gözləyən cəmiyyətə izah etmək istəyirik ki, niyə biz səbir siyasəti yürüdürük və səfirlərin çıxarılması kimi kəskin qərarlardan çəkinirik,”
– deyə Kirtsxalia bildirib.

Onun sözlərinə görə, bu gün bir çox aparıcı Avropa dövlətləri, eləcə də Aİ strukturları və bürokratiyası “Deep State”in təsiri altındadır.

“Deep State” və “Qlobal müharibə partiyası” anlayışları
“Deep State” (dərin dövlət) qlobal konspirasiya nəzəriyyəsidir və seçilməmiş şəxslərin dövlət siyasətinə gizli şəkildə nəzarət etdiyi bir sistem kimi təsvir olunur.

“Gürcü Arzusu” bu anlayışı Donald Trampın ritorikasına uyğunlaşdıraraq, daha əvvəl işlədilən “qlobal müharibə partiyası” terminini onunla əvəzləyib.

Partiyanın bu nəzəriyyəsinə görə, “qlobal müharibə partiyası” adlanan qüvvə Gürcüstanı Rusiyaya qarşı müharibəyə cəlb etməyə çalışır. Bu “partiyaya” guya yerli QHT-lər, müstəqil media, müxalif siyasətçilər, Qərb tərəfdaşları, Avropa parlament üzvləri və ABŞ senatorları daxildir.

Əslində isə bu iddiaları dəstəkləyən heç bir sübut təqdim olunmayıb. “Gürcü Arzusu” dəfələrlə bu qüvvələrin adlarını çəkib, lakin “qlobal müharibə partiyasının rəhbərinin kim olduğunu” konkretləşdirməyib.

Kirtsxalianın yekun açıqlaması
“Aydındır ki, əhalinin səfirin çıxarılması ilə bağlı tələbi kontrproduktiv olacaq, çünki səfir təyinatlarını “Deep State”in idarə etdiyi Avropa bürokratiyası müəyyən edir.

Gürcüstan bu ölkələrlə münasibətləri illərlə qurub və inkişaf etdirib, ona görə də biz “Deep State”in idarə etdiyi bürokratiyaya, bəzi səfirlərin qeyri-diplomatik davranışlarına görə, dövlətlərarası münasibətləri korlamağa imkan verməyəcəyik.

Gürcüstan Avropa “Deep State”in təsirindən azad olana qədər birtərəfli dostluq siyasətini davam etdirəcək,”
– deyə Kirtsxalia vurğulayıb.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google