İrakli Kobaxidze parlament qarşısındakı aksiyalar haqqında: “cavab verəcəklər”
“Gürcü Arzusu” hökumətinin baş naziri İrakli Kobaxidze deyib ki, hər gün Tbilisidə, parlament binasının qarşısında toplaşıb yolu kəsən nümayişçilər “cavab verəcəklər”. O, bunu “Rustavi 2” telekanalının efirində bildirib.

O, 2024-cü il 28 noyabrda onun bəyanatına etiraz etmək üçün hər gün Rustaveli prospektində toplaşan insanları bəzilərini “agent”, bəzilərini isə “səmimi axmaq” adlandırıb. Kobaxidze keçən il demişdi ki,
növbəti dörd il ərzində Avropa İttifaqına üzvlük üzrə danışıqları açmaq məsələsini qaldırmayacaqlar.

“100 xarici agent çıxıb 4 milyon nəfərə, onun iqtisadiyyatına, milli maraqlarına qarşı zorakılıq edirsə, əlbəttə ki, buna imkan verməyəcəyik. Bu insanların üzərində heç bir rəhmimiz yoxdur — biz qanuna, Konstitusiyaya uyğun hərəkət edəcəyik və əsas hüquqların standartları qorunacaq...

Mən istisna etmirəm ki, orada duran 150 nəfərdən 10–15-i səmimi axmaqdır. Amma onlara da rəhmimiz olmayacaq. Axmaqlıq da cəzalandırılmalıdır - əgər sən milli maraqlara qarşı çıxırsansa. Əgər nə baş verdiyini dərk edəcək qədər intellektin yoxdursa və sən xarici tapşırıqlarla idarə olunan ssenaridə rol alırsansa, bu da müəyyən mənada cinayətdir,”
— deyə İrakli Kobaxidze bildirib.

Sual olunanda ki, onlara yolu bağlamağa imkan veriləcəkmi, Kobaxidze belə cavab verib:

“Gəlin, mən detallara girməyim, amma metodik yanaşmamızla onlar 4 milyon insanın, milli maraqların və iqtisadiyyatın əleyhinə törətdikləri birillik 100 nəfərlik zorakılığa görə cavab alacaqlar.”

Tbilisidəki nümayişçilər keçən ilin 28 noyabrından sonra hər gün parlament binasının qarşısında toplaşırlar. Onlar “Gürcü Arzusu”nun qəbul etdiyi qərara etiraz olaraq yeni seçkilər keçirilməsini və cinayət məsuliyyətinə cəlb edilmiş bütün nümayişçilərin azad edilməsini tələb edirlər.

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google