Kvemo Kartli bölgəsinin dörd bələdiyyəsində tək namizədli seçkilər
keçirilib.
Oktyabrın 4-də keçirilən seçkilərdə Tsalka, Qardabani, Tetritskaro
və Dmanisidə mer vəzifəsinə yalnız “Gürcü Arzusu” partiyasının
namizədləri qatılıb.
İlia Sabadze Tsalkada 7 574 səslə qalib gəlib.
Tsalka bələdiyyəsində ümumilikdə 19 727 seçici qeydə alınıb.
Mixail Aptsiauri Tetritskaronun meri olub. O, 8
852 səs toplayıb. Tetritskaro bələdiyyəsində ümumilikdə 20
306
seçici qeydiyyatdadır.
Qardabani merliyinə namizəd Davit Karqareteli 30
064 səs toplayıb. Qardabani bələdiyyəsində 74 755 seçici
qeydiyyatdadır.
Koba Muradaşvili Dmanisi merliyi uğrunda rəqibsiz
mübarizə aparıb. O, 11 103 səs toplayıb. Dmanisidə ümumilikdə 50
seçki məntəqəsi açılıb, bələdiyyə üzrə 23 291 seçici qeydə
alınıb.
Gürcüstanda yerli özünüidarəetmə seçkiləri oktyabrın 4-də
keçirilib.
Seçki prosesi əvvəlki seçkilərdən fərqli olub, çünki müxalifət
partiyalarının əksəriyyəti seçkiləri boykot edib. Onlar 2024-cü il
parlament seçkilərini tanımadıqlarını və qeyri-legitim hakimiyyətin
təyin etdiyi seçki komissiyasına inanmadıqlarını bildiriblər.
Əksər beynəlxalq və yerli müstəqil təşkilatlar bu seçkiləri
müşahidə etməyiblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.