Kiyevin şərqində elektrik kəsilib
Oktyabrın 10-na keçən gecə Rusiyanın hücumları Kiyevin şərqində elektrikin kəsilməsinə səbəb olub.
Ukrayna paytaxtının mərkəzində isə çoxmərtəbəli binada yanğın baş verib. Rəsmilərin ölkənin enerji infrastrukturuna zərbə endirildiyini deyirlər.

Kiyev hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, şəhərin mərkəzi rayonlarından birində çoxmərtəbəli binanın 6-cı və 7-ci mərtəbələrinə dron zərbəsi yanğına səbəb olub. Hücumda həm dronlardan, həm də
raketlərdən istifadə edilib.

Onlayn video və fotolarda yanan mənzillər, yanğınsöndürənlərin alovu söndürməyə çalışdığı görünür.

Kiyevin meri Vitali Kliçko doqquz nəfərin xəsarət aldığını, onlardan beşinin xəstəxanaya yerləşdirildiyini bildirib. Onun sözlərinə görə, şəhərin şərq rayonlarında elektrik kəsilib: "Paytaxtın sol sahili işıqsız qalıb. Su təchizatında da problemlər var".

Ukrayna Hərbi Hava Qüvvələri hücumu "kütləvi" adlandırıb. Paytaxt üzərində bir neçə partlayış və dron səsləri eşidilib.

Energetika naziri Svetlana Qrinçuk hücum nəticəsində ölkənin enerji infrastrukturuna da ziyan dəydiyini açıqlayıb.

Ukraynanın cənub-şərqdə yerləşən Zaporojye şəhərində də gecə saatlarında bir neçə obyektə dron hücumları olub. Vilayət qubernatoru İvan Fyodorov bildirib ki, hücumda yaralanmış 7 yaşlı uşaq xəstəxanada vəfat edib.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google