Gürcüstan Xəstəliklərə Nəzarət Mərkəzinin keçmiş rəhbəri Amiran
Qamkrelidze pediatr-həkim qiorqi (Qoqi) Çaxunaşviliyə dəstəyini
ifadə edib.
Həkim 9 oktyabrda – dünən, polis tərəfindən xüsusi səfərbərliklə, 4
oktyabr aksiyası ilə əlaqədar saxlanılmışdı.
“Təsəvvürümə belə gətirə bilmirəm, Qoqi elə nə etmişdi
ki, onun bu cür formada – dünən gördüyümüz şəkildə – saxlanılmasına
səbəb olsun. Əminəm ki, ədalət öz yolunu tapacaq!
Ölkədə qərar qəbul edənlərə müraciət edirəm: vəziyyətin daha da
gərginləşməsindən çəkinək və bu çıxılmaz vəziyyətdən birgə çıxış
yolu tapaq — o, həmişə mövcuddur”, - Qamkrelidze
sosial şəbəkə “Facebook”da yazıb.
Professor Çaxunaşvilinin saxlanılmasına həmkarları da münasibət
bildiriblər:
• Fransada, Klermon-Ferran Universitet Klinikasının mama-ginekoloqu
Revaz Boçorişvili:
“Bu nəcib insana, fədakar, peşəkar, nümunəvi vətəndaş
və vətənpərvər cənab Qiorqi Çaxunaşviliyə
tam dəstəyimi və həmrəyliyimi
bildirirəm.”
• İnfeksionist və “Neolab” klinikasının klinik direktoru Maia
Butsaşvili:
“Onun yaşına istinad edilməsini bəyənmirəm — o, bir çox
gəncdən daha gəncdir… Daxili İşlər Nazirliyinin dediyinə görə isə,
sanki “Marvel” qəhrəmanına çevrilib — dəmir məhəccərləri qoparır və
elə supergüclərə malikdir ki, onu saxlamaq üçün guya yüz polis
lazım olub.”
71 yaşlı professor Qiorqi Çaxunaşvili pediatr, uşaq
kardioloqu-revmatoloqdur. O, Daxili İşlər Nazirliyinin əməkdaşları
tərəfindən 4 oktyabrda Tbilisidə keçirilən aksiyada iştirak edərkən
tanınıb. Onun saxlanılması üçün paytaxtdakı yaşayış binasının
qarşısına — Parlament yaxınlığına, Qardaş Zubalaşvili küçəsinə —
onlarla polis cəlb olunub.
Çaxunaşvili 9 oktyabr saat 22:25-də saxlanılıb. Onun
saxlanılmasından cəmi bir neçə dəqiqə sonra Daxili İşlər nazirinin
müavini Aleksandre Daraxvelidze bildirib ki, 4 oktyabr hadisələri
ilə bağlı daha yeddi nəfər də həbs olunub. 10 oktyabr səhərinə olan
məlumata görə, saxlanılanların sayı 45-ə çatıb.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415