4 oktyabr aksiyasının iştirakçısı Vaxo Pitsxelauri həbsxanada aclıq aksiyasına başlayıb

Müki fəal Vaxo (Vaxtanq) Pitsxelauri, 4 oktyabrda Tbilisidə keçirilən aksiyada iştirak etmiş şəxs, həbsxanada aclıq elan edib.

O, aclıq qərarının səbəbini izah edən məktubunu həyat yoldaşı Teo Bzişvili ictimailəşdirib.

“2025-ci il oktyabrın 6-da mülki geyimdə olan ‘polis əməkdaşları’ mənə qarşı fiziki və söyüşlə müşayiət olunan zorakılıq tətbiq etdilər. Bu, siyasi qisasdan başqa bir şey deyil...
Bu gün mən qanunsuz və ədalətsiz əsarətdəyəm. Bütün bunları nəzərə alaraq, etirazın ən kəskin formasına əl atmaq qərarına gəldim və aclıq elan edirəm”,
- Pitsxelaurinin 10 oktyabr tarixli məktubunda deyilir.

Vaxtanq Pitsxelauri 6 oktyabrda saxlanılan ilk şəxslərdən biri olub. Ona qarşı məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.

4 oktyabr aksiyası

4 oktyabrda, Gürcüstanda yerli özünüidarəetmə seçkiləri
günü, “hakimiyyətin dinc yolla devrilməsi” şüarı ilə Tbilisidə aksiya keçirilmişdi. Aksiya iştirakçıları əvvəlcə Azadlıq Meydanında toplaşmış, daha sonra Prezident Administrasiyasının yerləşdiyi Atoneli küçəsinə keçmişdilər. Bir neçə nəfər dəmir baryeri aşaraq administrasiyanın həyətinə daxil olmuş, polis qüvvələri onları oradan çıxarmışdı.

Gürcüstan Daxili İşlər Nazirliyi paytaxtda baş verən hadisələrlə bağlı Cinayət Məcəlləsinin dörd maddəsi üzrə cinayət işi açmışdı:
• 317-ci maddə: Gürcüstanın konstitusiya quruluşunun zorakı dəyişdirilməsinə və ya dövlət hakimiyyətinin devrilməsinə çağırış;
• 187-ci maddə: Əmlakın zədələnməsi və ya məhv edilməsi;
• 222-ci maddə: Strateji və ya xüsusi əhəmiyyətli obyektin ələ keçirilməsi və ya blokadası;
• 225-ci maddə: Qrup halında zorakılığın təşkili, rəhbərliyi və ya iştirak.

Nazirliyin məlumatına görə, həm təşkilatçılar, həm də “qanunsuz və zorakı hərəkətlər etmiş” iştirakçılar saxlanılıb.
• Həmin gecə aksiyanın təşkilat komitəsinin beş üzvü — Paata Mancqaladze, Paata Burçuladze, Murtaz Zodelava, İrakli Nadiradze və Laşa Beridze — həbs olunub. Onlara qarşı məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
• 6 oktyabrda daha 13 nəfər saxlanılıb: Beka Maçavariani, Aleksandre Qoqoladze, Eva Şaşiaşvili, Qiorqi Rurua, Vaxtanq Pitsxelauri, David Sturua, Manuçar Mikeladze, Aleksandre Xabeişvili, Kaxaber Mjavanadze, Tornike Mçedlişvili, Abo Naveriani, Serqo Meqrelişvili və David Jğenti — onların da hamısına həbs qətimkan tədbiri tətbiq olunub.
• 7 oktyabrda daha dörd nəfər aksiya iştirakçısı saxlanılıb. Sonradan daha bir nümayişçinin – Nana Sanderin də həbs olunduğu məlum olub.
• 8 oktyabrda 12 nəfər nümayişçi, o cümlədən Batumidəki aksiyaların fəal iştirakçısı Zurab Çavçanidze saxlanılıb.
• 9 oktyabrda daha 6 nəfər həbs olunub — ümumilikdə saxlanılanların sayı 44-ə çatıb.
• 10 oktyabr günorta saatlarında daha iki nəfər tutulub.

Hakim “Gürcü Arzusu” partiyasının sədri və baş nazir İrakli Kobaxidze 4 oktyabrda demişdi ki, “hakimiyyəti devirmə cəhdi baş tutmadı və bu işdə iştirak edən bütün şəxslər ciddi şəkildə cəzalandırılacaq.” Onun sözlərinə görə, “30-dan çox vicdansız zorakının həbs olunması qaçılmaz idi.”

 

Mənbə: radiotavisupleba.ge


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google