Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları
tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində
keçirilən xüsusi miqrasiya nəzarəti tədbiri nəticəsində 21 əcnəbi
vətəndaş saxlanılıb.
Departamentin məlumatına görə, əldə olunmuş informasiyaya əsasən
əməkdaşlar ölkədə qanunsuz şəkildə yaşayan əcnəbilərin müəyyən
edilməsi məqsədilə konkret ünvanlarda yoxlamalar aparıblar.
Aparılan kompleks tədbirlər nəticəsində Hindistan, Çin, Pakistan,
Banqladeş, İran və Misir vətəndaşlarından ibarət 21
nəfər əcnəbi
saxlanılıb. Müəyyən olunub ki, onlar Gürcüstanda “Xarici
vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti
haqqında” qanunun tələblərini pozaraq yaşayırdılar.
Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin Müvəqqəti
Saxlanma Mərkəzində yerləşdiriliblər və ölkədən çıxarılmaları üçün
müvafiq prosedurlar aparılır.
Miqrasiya Departamenti bildirir ki, xüsusi miqrasiya nəzarəti
tədbirləri mütəmadi olaraq həyata keçirilir və məqsəd “Xarici
vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti
haqqında” qanunun effektiv icrasını təmin etməkdir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.