Tbilisidə patrul polisi qanunsuz odlu silahlar və sursat
aşkarlayıb.
Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamentinin
Tbilisi Baş İdarəsinin əməkdaşları müxtəlif vaxtlarda həyata
keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində qanunsuz
odlu silah və döyüş sursatı əldə etmə, saxlama və gəzdirmə ittihamı
ilə üç şəxsi saxlayıblar. Onlar – 2004-cü il təvəllüdlü Ts.Q.,
1985-ci il təvəllüdlü A.İ. və
əvvəllər məhkum olunmuş, 1983-cü il
təvəllüdlü D.K.-dır.
Cinayətə görə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə
tutulur.
Patrul-inspektorlar tərəfindən Tbilisidə aparılan baxış zamanı
saxlanılan şəxslərin avtomobillərindən və üzərlərində aparılan
axtarış nəticəsində müxtəlif markalı odlu silahlar və patronlar
maddi sübut kimi götürülüb.
Qanunsuz odlu silah və döyüş sursatı əldəetmə, saxlama və gəzdirmə
faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı
maddəsinin 3-cü və 4-cü hissələri ilə davam etdirilir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.