Bu məsələ ilə bağlı müzakirə aparılmayacaq – Kobaxidze Konstitusiyadan 78-ci maddənin çıxarılması barədə

İrakli Kobaxidzenin sözlərinə görə, Konstitusiyadan 78-ci [Avrointeqrasiya] maddəsinin çıxarılması ilə bağlı heç bir müzakirə aparılmayacaq.



Jurnalistlər Kobaxidzeyə “Gürcü Arzusu”nun təbliğatçısı Qoqa Xaindravanın açıqlamasına münasibət bildirməsini istəyiblər. Xaindrava demişdi ki, Gürcüstan Konstitusiyasından 78-ci maddə çıxarılmalıdır.

“Bizim qüvvədə olan Konstitusiyamız var. Üstəlik, bu müddəa məhz bizim komandanın təşəbbüsü ilə Konstitusiyaya daxil edilib. Bu məsələ ilə bağlı heç bir müzakirə
aparılmayacaq — sizə deyə biləcəyim budur”, –
deyə Kobaxidze bildirib.

Jurnalistin “gələcəkdə belə bir dəyişiklik istisna olunurmu?” sualına cavab verərkən Kobaxidze deyib:
“Əvvəla, bu məsələ ümumiyyətlə aktual deyil. Hər şeyi kənara qoysaq belə, Konstitusiyanın dəyişdirilməsi üçün 113 səs lazımdır. Yəni, bu məsələ ümumiyyətlə gündəmdə deyil, ona görə də, xahiş edirəm, bu kimi aktual olmayan mövzuları süni şəkildə aktuallaşdırmayaq.”

Jurnalist ondan “Bunun üçün növbədənkənar seçkilər gündəmdədir?” – deyə soruşub.

Baş nazirin sözlərinə görə, “seçkilər 2028-ci il oktyabrın 28-də keçiriləcək. Müxalifət növbədənkənar seçkilər istəyir, biz isə yox. Növbəti Parlament seçkiləri 2028-ci il 28 oktyabrda olacaq.”


Mənbə: Tabula


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


 

Print Email
FaceBook Twitter Google