Kobaxidze: [Qadağa] bir və ya iki partiyaya aid olmayacaq, tam siyahı ilə tezliklə tanış olacaqsınız

“Gürcü Arzusu” partiyasının baş naziri İrakli Kobaxidzenin sözlərinə görə, partiyaların qadağan edilməsi yalnız “bir və ya iki partiyaya aid olmayacaq”.



Söhbət “Gürcü Arzusu”nun təşəbbüsü ilə irəli sürülmüş qanunvericilik dəyişiklikləri paketindən gedir. Bu paket müəyyən şəxslərə partiya fəaliyyəti ilə məşğul olmaq, siyasi vəzifə tutmaq, eləcə də seçkilərdə iştirak etmək hüququnun qadağan edilməsini nəzərdə tutur.

“Kriteriya belədir: 2012-ci
ilə qədər ‘qanlı rejimin’ nümayəndəsi olmuş hər kəsə bu məhdudiyyət mütləq tətbiq ediləcək.

2012-ci ildən sonrakı dövrə gəlincə — ölkəyə qarşı həmin ‘qanlı siyasi qüvvə’ ilə birgə siyasi sabotajda iştirak edən hər kəsə bu konstitusiya iddiası şamil olunacaq. Qalan hallarda qərarı Konstitusiya Məhkəməsi qəbul edəcək.

Bu qadağa bir və ya iki partiyaya aid olmayacaq. Tam siyahı ilə Konstitusiya Məhkəməsinə iddia təqdim olunanda tanış olacaqsınız və bu çox tezliklə baş verəcək”,
– deyə İrakli Kobaxidze bildirib.

“Gürcü Arzusu” qanunvericilik dəyişikliklərini sürətləndirilmiş qaydada nəzərdən keçirir.

Müxalifət partiyalarının qadağan olunması ilə bağlı vədi “Gürcü Arzusu” 2024-cü ilin yayında vermişdi. İrakli Kobaxidze o zaman iddia edirdi ki, partiyaların qadağan edilməsi “demokratik prosesdir”.


Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google