Gürcüstan Daxili İşlər Nazirliyinin Sameqrelo–Yuxarı Svaneti Polis
Departamentinin Senaki, Martvili və Zuqdidi rayon şöbələrinin
əməkdaşları tərəfindən müxtəlif
vaxtlarda keçirilmiş əməliyyat və istintaq tədbirləri nəticəsində
narkotik cinayətinə görə 4 nəfər saxlanılıb.
Böyük miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi,
saxlanılması və satılmasına köməklik göstərmək ittihamı ilə 1962-ci
il təvəllüdlü B.D., 1968-ci il təvəllüdlü Z.A., eləcə də Türkiyə
Respublikası vətəndaşları
– 1996-cı il təvəllüdlü E.Ts. və 1997-ci
il təvəllüdlü M.M. saxlanılıblar.
Həmin cinayətlərə görə 20 ilədək və ya ömürlük azadlıqdan
məhrumetmə cəzası nəzərdə tutulur.
Polis əməkdaşları saxlanılan şəxslərin üzərinə, avtomobillərinə və
müvəqqəti yaşayış yerlərinə baxış keçirib. Nəticədə sübut kimi
satış üçün hazırlanmış böyük miqdarda müxtəlif növ narkotik
vasitələr – 74 bükümdə qablaşdırılmış “amfetamin”, “metadon” və
“marixuana” götürülüb.
İstintaq tədbirləri zamanı həmçinin narkotik vasitələrin
qablaşdırılması üçün istifadə olunan materiallar, yapışqan lentlər,
polietilen bağlamalar və elektron tərəzi də aşkar edilərək
götürülüb.
Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 260-cı
maddəsinin II və III hissəsinin “a” bəndləri, eləcə də 260¹
maddəsinin VI hissəsinin “a” bəndi ilə aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.