Polis Tbilisidə və regionlarda odlu silah və sursat aşkarlayıb – 9 nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin, Kaxeti və Mtsxeta-Mtianeti əsas idarələrinin, eləcə də Tbilisi, İmereti, Raça-Leçxumi, Aşağı Svaneti və Sameqrelo-Yuxarı Svaneti polis şöbələrinin əməkdaşları müxtəlif vaxtlarda keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatları aşkarlayıblar. Əməliyyatlar zamanı 9 nəfər saxlanılıb.

Nazirliyin məlumatına görə, saxlanılan şəxslər 1982-ci il təvəllüdlü K.A., 1993-cü il
təvəllüdlü K.A., 1995-ci il təvəllüdlü Z.B., 1995-ci il təvəllüdlü N.X., 1968-ci il təvəllüdlü T.Q., 1957-ci il təvəllüdlü R.F., 1988-ci il təvəllüdlü M.Q., həmçinin əvvəllər məhkum olunmuş 1979-cu il təvəllüdlü Z.Ts. və 1949-cu il təvəllüdlü R.A.-dır.

Axtarış zamanı onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən müxtəlif növ odlu silahlar, o cümlədən tapançalar, revolverlər, daraqlar, iki əl qumbarası və 238 ədəd döyüş patronu götürülüb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri üzrə istintaq aparılır. Həmin maddə odlu silahların və döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanılması və daşınmasına görə 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google