Müxalifətçiyə Nobel veriləndən sonra Venesuela Norveçdə səfirliyini bağlayıb
Venesuela Norveç və Avstraliyadakı səfirliklərini bağladığını, Burkina-Faso və Zimbabvedə yeni diplomatik nümayəndəliklər açdığını elan edib. Oktyabrın 10-da venesuelalı müxalifətçi Mariya Korina Maçadoya Nobel Sülh Mükafatı verilmişdi.

Nikolas Maduro hökuməti qərarın "resursların strateji yenidən bölüşdürülməsi", diplomatik xidmətin restrukturizasiyası çərçivəsində qəbul olunduğunu bildirib.

Norveç Xarici İşlər Nazirliyi (XİN) səfirliyin bağlanması barədə bildiriş aldığını, amma səbəbin açıqlanmadığını deyib.

Oktyabrın 12-də prezident Maduro Hindilərin müqavimət günü ilə bağlı tədbirdə çıxışında Maçadonu "iblisanə cadugər" adlandıraraq deyib ki, "əhalinin 90 faiz onu rədd edir".

Nobel Komitəsi oktyabrın 10-da Maçadoya Nobel mükafatının Venesuela xalqının demokratik hüquqları uğrunda mübarizəsinə görə verildiyini açıqlayıb.

Maçado Venesuela parlamentinin keçmiş deputatıdır. O, 2014-cü ildə ölkədə kütləvi etirazların əsas fiqurlarından biri olub. 2023-cü ildə
prezidentliyə namizəd olmaq üçün ilkin seçkiləri udub, amma hakimiyyət onun namizədliyini ləğv edib. Sonra prezidentliyə Edmundo Qonsales namizəd göstərilib. Hazırkı prezident N.Maduro seçkilərdə qalib gəldiyini elan etsə də, BMT də daxil olmaqla müstəqil müşahidəçilər buna etiraz edib. Avropa Parlamenti və ABŞ Dövlət Departamenti E.Qonsalesi Venesuelanın seçilmiş prezidenti kimi tanıyıb.

2025-ci ilin yanvarında Maduronun andiçmə mərasimindən öncə Maçadonun qaçırıldığı bildirilir. Bəzi mənbələr onun təhlükəsizliyinə görə gizləndiyini yazır.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google