Avropa Parlamenti 2000-ə qədər gürcü məmur üçün vizasız rejimin ləğvini müzakirə edir
Avropa Parlamentində sosial-demokratlar fraksiyası 1000–2000 arası gürcü məmurun və onların ailə üzvlərinin Avropa İttifaqına vizasız səfər hüququnun ləğvini təklif edib.

Bu barədə 13 oktyabr, bazar ertəsi günü Brüsseldə keçirilən brifinqdə fraksiyanın xarici siyasət üzrə koordinatoru Naço Sançes Amor məlumat verib. O, bu bəyanatı həmkarları ilə birlikdə Gürcüstandan qayıtdıqdan sonra səsləndirib.

Onlar bunun üçün Avropa Parlamentinin 7 oktyabrda qəbul etdiyi yeni mexanizmdən istifadə etməyi təklif edirlər. Həmin mexanizmə əsasən, Avropa Komissiyası insan haqları pozuntuları və digər səbəblər olduqda Aİ ilə üçüncü ölkələr arasında vizasız rejimi dayandıra bilər.

Sançes Amor bildirib ki, insan haqlarının pozulmasına və müxalifətin təqibinə cavab olaraq yalnız bir neçə yüksək vəzifəli şəxs üçün vizasız rejimin ləğvi “effektsiz kosmetik addım” olar:

“Xeyr, bu, ağrılı olmalıdır, əks halda təsiri olmaz. Biz bu ideyanı Avropa Parlamentindən Avropa Komissiyasına çatdırmaq istəyirik. Bu mexanizmi qəbul etmişiksə, o, real işləməlidir, bunun üçün təsir dairəsi geniş olmalıdır.”

Deputatın sözlərinə görə, Avropa Parlamenti üzvlərinin çoxu bu təşəbbüsü dəstəkləyəcək, çünki məqsəd Gürcüstan elitasında düşüncə dəyişikliyi yaratmaq və demokratiyanın geriləməsini dayandırmaqdır.

“Çox təəssüf doğurur ki, ölkənin rəhbərlərindən birinin həyat yoldaşı Paris Moda Həftəsində iştirak edir, halbuki QHT-lər maliyyə çatışmazlığından sağ qalmağa çalışırlar,” – deyə o əlavə edib.

Təklifə əsasən, vizasız imtiyazlardan yalnız nazirlər və hakim “Gürcü Arzusu” partiyasının liderləri deyil, həm də hakimlər, prokurorlar, onların həyat yoldaşları və övladları da məhrum edilməlidir.

“Avtoritar sistemin orta səviyyəli nümayəndələri təzyiq hiss etməyə başlayanda problem yaranır, çünki onlar deyəcəklər: ‘Cənab nazir, mən sizin əmrinizi yerinə yetirdim, amma indi uşaqlarımı Fransaya oxumağa göndərə bilmirəm.’”

Sançes Amor qeyd edib ki, gürcü məmurlarının ən çox qorxduğu şey “dövlət və cəmiyyətdən oğurlanmış pulları xaricdə xərcləmək imkanının itirilməsidir.”

Deputatlar həmçinin etiraf ediblər ki, hələlik bu məhdudiyyətlərə düşə biləcək şəxslərin konkret siyahısı yoxdur və məsələ əlavə araşdırma tələb edir.

Avropa Parlamentinin üzvləri vurğulayıblar ki, adi gürcü vətəndaşları üçün vizasız rejimin dayandırılması səhv addım olar — bu, Gürcüstan hökumətinin təbliğatına xidmət edər və Aİ-yə inteqrasiya uğrunda mübarizə aparan vətəndaş cəmiyyətinə yanlış siqnal göndərərdi.

Naço Sançes Amor ötən həftə Tbilisidə olub, orada mülki cəmiyyət və müxalifət nümayəndələri ilə görüşlər keçirib.

Avropa Parlamentinin qəbul etdiyi sənəddə qeyd olunur ki, Avropa Komissiyası vizasız rejimin dayandırılmasını ilk növbədə hökumət nümayəndələrinə, yüksək vəzifəli şəxslərə və hərbi məmurlara tətbiq etməli, bununla da ölkə əhalisi üçün mənfi təsirləri minimuma endirməlidir.

13 oktyabrda Praqada olan Gürcüstanın beşinci prezidenti Salome Zurabişvili “Azadlıq Radiosu”na açıqlamasında bildirib ki, Aİ məhdudiyyətlərin tətbiqi üzərində ciddi şəkildə işləyir. Onun sözlərinə görə, vacib olan bu məhdudiyyətlərin Avropa yönümlü ictimaiyyətə deyil, ölkəni Avropa kursundan uzaqlaşdıran şəxslərə şamil olunmasıdır.

Sosial-demokratlar “Gürcü Arzusu” partiyasının keçmiş tərəfdaşlarıdır. Onların siyasi yolları 2023-cü ildə ayrılıb — o vaxtkı baş nazir İrakli Qaribaşvilinin Budapeştdə keçirilən mühafizəkar “CPAC” konfransında iştirakından sonra. 2024–2025-ci illərdə sosial-demokratlar və Avropa Parlamentinin əsas partiyası olan “Avropa Xalq Partiyası” “Gürcü Arzusu”nu fəal şəkildə tənqid ediblər.

Mənbə: Azadlıq Radiosu


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
7994415&text&type=phone_number&app_absent=0" target="_blank">+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

 

Print Email
FaceBook Twitter Google