Xülasə
- Bu il qızılın qiyməti 56 faiz qalxıb. "Blue
Line Futures" şirkətindən Filip Straybl deyir ki, artım asanlıqla
davam edə, "2026-cı ilin sonunadək qiymətlər 5 min dolları keçə
bilər".
- "The Financial Times" qızılın bahalanmasının əsas
səbəbini 2022-ci ildən bəri xüsusilə inkişaf etməkdə olan ölkələrdə
mərkəzi bankların rekord sayda qızıl almasında görür.
- "Bank of America" təhlilçiləri 2026-cı il üzrə
proqnozlarını qızılın unsiyası üçün 5 min dollara, gümüşün unsiyası
üçün 65 dollara qaldırıblar.
Bazar günü qızılın unsiyası (31.1 qram) 4 min 100 dolları keçməklə
daha bir rekord qırıb. Bu yüksəliş ABŞ-Çin ticari münasibətlərinə
gərginliyin qayıtması, ABŞ-də faiz dərəcəsinin salınması gözləntisi
isə izah olunur. Bu arada gümüş də rekord həddə bahalanıb.
Bu il qızılın qiyməti 56 faiz qalxıb. "Blue Line Futures"
şirkətindən aparıcı bazar strateqi Filip Straybl "Reuters"ə deyib
ki, artım asanlıqla davam edə,
"2026-cı ilin sonunadək
qiymətlər 5 min dolları keçə bilər".
İqtisadçı artımın yuxarıda sadalanan səbəblərindən başqa mərkəzi
bankların davamlı qızıl alışını da göstərir.
Geostrateji cəbhədə isə ABŞ prezidenti Donald Tramp Çinlə ticari
gərginliyi yenidən qızışdırıb, dünyanın iki ən böyük iqtisadiyyatı
arasında müvəqqəti dinclik başa çatıb.
Qızıl maniyası nə qədər çəkəcək?
"The Financial Times" yazır ki, hazırda bütün dünyada yeni və köhnə
investorlar qızıla yatırım edirlər.
Hindistan və Türkiyə kimi ənənəvi "qızılsevən" bazarlardan kənarda
da investorlar qızıl külçələri və sikkələr alırlar.
Tokioda "Nihon Material" qızıl mağazası müştərilərə qapılarını
açdıqdan cəmi bir saat sonra yeni gələnlər artıq geri qaytarılırdı.
40 yaşlı Kendzi Onuki arxitektura firmasının direktorudur. O, kiçik
bir qızıl külçəsi əldə edib, amma hələ bir ay da çatdırılmasını
gözləyəcək:
"Düşündüm ki, nəyinsə fiziki mövcud olması,
onu əlinin içində saxlaya bilmək vacibdir".
Qəzet qızılın bahalanması arxasında əsas səbəbi 2022-ci ildən bəri
xüsusilə inkişaf etməkdə olan ölkələrdə mərkəzi bankların rekord
sayda qızıl almasında görür. Bu ölkələr rezerv aktivlərini ABŞ
dollarından şaxələndirmək istəyirdilər. Zəngin ölkələrdə gələcəkdə
borc böhranlarından qorunmaq isə başqa bir amildir.
Dünya Qızıl Şurasının icraçı direktoru Devid Teyt deyir ki, əsas
amil maliyyə çöküşü sarıdan qorxu olub. O, qızıl marafonunun ən
böyük səbəbini borcla izah edir, amma bəzən qiymətin sürətli
artımının məntiqəzidd olduğunu da əlavə edib.
Gözlər ABŞ-də
Əsas proseslər ABŞ-də gedir. Prezident Donald Tramp ölkənin borc
öhdəlikləri üzrə xərclərini azaltmaqdan ötrü mərkəzi banka uçot
dərəcələrini endirmək üçün güclü təzyiq göstərir.
D.Teyt hesab edir ki, ABŞ-nin proqnozlaşdırılan borc səviyyəsi
azalsa, bu, qızılın qiymət artımını zəiflədə bilər: "Qiyməti daha
da artıran 10 amil varsa, bircə amil bunu tərs çevirə bilər –
təbii, cənab Trampın aşağı inflyasiya və yüksək artım templəri ilə
bağlı bəxti gətirərsə".
London Qiymətli Metallar Bazarı Assosiasiyasının icraçı direktoru
Rut Krouell deyir ki, Federal Ehtiyat Sisteminin (FED) idarə
heyətinin üzvü Liza Kuka təzyiq vaxtı qızıl kəskin bahalaşdı, onun
işini davam etdirəcəyi ilə bağlı əminlik olarsa, proses səngiyə
bilər. Prezident Tramp L.Kuku saxta ipoteka müraciətlərində ittiham
edərək işdən kənarlaşdırmağa çalışır.
Digər "soyuducu" amil isə bəzi mərkəzi bankların qızılı satmağa
başlaması ola bilər.
"The Financial Times" yazır ki, şirkət səhmlərindən fərqli olaraq,
qızıl heç bir mənfəət və ya nağd pul axını yaratmır ki, onun dəyəri
ilə müqayisə olunsun. Yaxud istiqraz kimi gəlir gətirmir ki, digər
aktivlərin gəlirləri ilə müqayisə edilsin. Onun qiyməti, əsasən,
investorların dünyaya ümumi baxışları ilə müəyyən olunur,
inflyasiya sarıdan qorxular azalanda bəzən spekulyativ düşüşə də
məruz qalır.
Gümüşə gəlincə...
Oktyabrın 13-də gümüşün qiyməti 3.1 faiz artaraq 51.82 dollara
yüksəlib. Bu artımı doğuran səbəblər təxminən elə qızılla
eynidir.
"Bank of America" təhlilçiləri qızılla yanaşı, gümüş üçün də qiymət
proqnozlarını yüksəldiblər. 2026-cı il üzrə qızılın unsiyası üçün 5
min dollara, gümüşün unsiyası üçün isə 65 dollara qaldırıblar.
"Forbes" yazır ki, bank yaxın gələcəkdə gümüşə mümkün risklərlə
bağlı xəbərdarlıq edib, bildirib ki, likvidlik artdıqca və tələbat
azaldıqca qiymətlər dəyişə bilər. Amma investorların gümüşə hələ də
üstünlük verəcəyini vurğulayır.
Mənbə: Azadlıq Radiosu
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.