İkinci Kosalının idman meydançasının hasarlanmasına 19 637,59 lari xərclənəcək
İkinci Kosalının idman meydançasının hasarlanmasına 19 637,59 lari xərclənəcək. İşin sadələşdirilmiş qaydada aparılması üçün yerli hökumət “Ağ xətt 2024” MMC ilə müqavilə bağlayıb.

Dövlət alqı-satqıları saytında dərc olunmuş məlumata görə, Marneuli meriyası kəndlərə dəstək proqramı çərçivəsində Kosalıda idman meydançasını hasarlayacaq.

Kosalı kəndində həyata keçirilməsi planlaşdırılır:
  • Qruntun əl ilə işlənilməsi
  • Özülə metal boruların quraşdırılması
  • Qum-çınqıl qarışığının hazırlanması
  • Ərazinin məftillə hasarlanması
  • Giriş qapılarının quraşdırılması
  • Darvazanın dirəklərinin betonlanması
Qeyd edək ki, Marneuli meriyası kəndlərə dəstək layihələrinin həyata keçirilməsi üçün tez-tez sadələşdirilmiş müqavilələrdən istifadə edir.

“Kəndlərə Dəstək Proqramı” çərçivəsində ötən il Marneuli Bələdiyyəsinin inzibati ərazi vahidlərində 77 layihə təsdiq edilib.

Proqram çərçivəsində Marneuli Bələdiyyəsinə 1 232 000 lari ayrılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google