Marneuli meriyasının İnzibati və Vətəndaşlara Xidmət Şöbəsinin
otağının döşəməsini qaldırmaq lazımdır.
Marneuli meriyası Vətəndaşlara Xidmət Şöbəsi otağında döşəmənin
qaldırılması üçün iki sadələşdirilmiş müqavilə imzalayıb, taxta,
laminat döşəmə və lövhələr alıb.
Avqustun 12-də meriyanın maddi-texniki təminat şöbəsinin müdiri
Besik Sexniaşvili alqı-satqı elan edilməsi üçün hesabat vərəqəsi
ilə Marneuli merinin səlahiyyətlərini icra edən Roin Dekanoidzeyə
müraciət edib. Hesabata görə,
iş otağının döşəməsinin səviyyəsi
aşağıdır, ona görə də Vətəndaşlara xidmət şöbəsi tam xidmət göstərə
bilmir.
“Marneuli Bələdiyyəsinin İnzibati Xidmətinin
Vətəndaşlara Xidmət Şöbəsinin fəaliyyət göstərilən hissəsində
döşəmənin qeyri-münasib səviyyədə olması vətəndaşlara tam xidmət
göstərilməsinin qarşısını alır, işləyən işçilər isə böyük
rahatsızlıq yaşayırlar ki, bunun üçün müvafiq tikinti
materiallarının, o cümlədən taxta alınması tələb
olunur", – sadələşdirilmiş müüavilədə deyilir.
Marneuli meriyası sadələşdirilmiş qaydada 623, 50 lari dəyərində
ağac materialı və vintlər/boltlar alıb. Meriya oktyabrın 1-də fərdi
sahibkar Bahadur Mirzəyevlə müqavilə imzalayıb. Yerli özünüidarə
laminat döşəmə və lövhələri üçün 381 lari ödəyib. Müqavilə
sentyabrın 24-də meriya tərəfindən fərdi sahibkar Nailə Mehdiyeva
ilə imzalanıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.